Autoimmune hepatitis PROFILE
Autoimmun hepatitlər - hepatositlərin proqressiv iltihabı ilə xarakterizə olunan xroniki qaraciyər xəstəliyidir və müalicə edilmədikdə qaraciyər çatışmazlığı ilə nəticələnə bilər.
Kliniki əlamətlər:
İstənilən yaşda rast gəlinə bilər. Kəskin, hətta ildırımvari başlanğıc ola bilər. 38% xəstələrdə yanaşı gedən immun xəstəliklərdə (autoimmun tireodit, qeyri-spesifik xoralı kolit və s.) rast gəlinir. Autoimmun hepatitlərdə nəzərə çarpacaq xolestaz müşayiət olunmur. 25% xəstələrdə diaqnoz sirroz mərhələsində qoyulur ki, bu da xəstəliyin simptomsuz,subklinik gedişini göstərir. Patoqnomik simptomlar olmadığı üçün diaqnoz digər xəstəliklərdə differensiasiya ilə qoyulur.
Autoimmun hepatitlərin diaqnostikasında:
- Hiperqammaqlobulinemiya (qanda ümumi qlobulin miqdarı 1.5 dəfə artır);
- Həll olunan qaraciyər antigeni/qaraciyər mədəaltı vəz (pankreas) antigeni (SLA/LP) təyin olunur.
- Antinuklear anticisimlər (ANA);
- Saya əzələ anticisimləri (ASMA) - autoimmun hepatitlərin əsas diaqnostik markeridir;
- Qaraciyər və böyrək mikrosomlarına qarşı anticisimlər (LKM) - autoimmun hepatitlə digər qaraciyər xəstəliklərini differensial diaqnostika aparmağa imkan verir;
- Antimitoxondrial anticisimlər (AMA) - ilkin biliar sirrozu differensasiya etməyə imkan verir.