Leyşmaniyanın təyini
Leishmania diaqnozu; Xəstəliyin tarixinə və klinik görünüşünə görə təyin oluna biləcəyi üçün, ən dəqiq üsul, zədələnmə yerindən götürülmüş yaxmada parazitin aşkarlanmasıdır. Yaxma üçün lezyonun kənarından qanatmadan yaxma hazırlanır, sonra isə boyanır.
Yaradan götürülmüş nümunə mikrobioloq tərəfindən xüsusi parazit mühitinə aşılanır. Bu mühitdə parazitlərin mikroskopik qiymətləndirilməsində promastiqotlar müşahidə edilir.
Leyşmaniozun simptomlarına daxildir:
- Uzunmüddətli hərarət;
- Yorğunluq;
- Çəkinin itirilməsi;
- Baş ağrısı;
- Öskürək;
- Burun qanaxması;
- Dişlənən yerdə (lokalizasiya olunan dəri leyşmaniozu) xoralı dəri yaraları;
- Xoralı olmayan birdən çox dəri düyünləri (diffuz dəri leyşmaniozu);
- Selikli qışaların destruktiv iltihabı (selikli qişa leyşmaniozu).
Visseral leyşmaniozda aşağıdakılar müəyyən edilə bilər:
- Çəkinin itirilməsi;
- Limfadenopatiya;
- Splenomeqaliya;
- Hepatomeqaliya;
- Hiperpiqmentasiya (yalnız Hindistan subkontinentində).
Əksər hallarda immun sistemi zəifləmiş xəstələrdə visseral leyşmaniozun kliniki təqdimatı sağlam immunitetli xəstələrin vəziyyətinə bənzərdir. Lakin immun sistemi zəifləmiş xəstələrin az qismi atipik xüsusiyyətlərə (məsələn, həzm və ya tənəffüs yollarının obstruksiyası əlamətləri, dalağın genişlənməsi) malik olur.
5656 | 06.08.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
22 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Mikrobiologiya |
|
Çalışma üsulu
|
Mikroskopiya |
|
Daşınma şəraiti
|
otaq temperaturunda |
|
Nəticə vermə vaxtı
|
25 iş günü ərzində |
|
Nümunə növü
|
zədələnmə yerindən götürülmüş yaxma |
|
Testə hazırlıq/xüsusi şərtlər
|
Leishmania diaqnozu; Xəstəliyin tarixinə və klinik görünüşünə görə təyin oluna biləcəyi üçün, ən dəqiq üsul, zədələnmə yerindən götürülmüş yaxmada parazitin aşkarlanmasıdır. Yaxma üçün lezyonun kənarından qanatmadan yaxma hazırlanır, sonra isə boyanır |
|
Testin kodu
|
LAB-12-037 |
|
Tüb (qab)
|
yaxma |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
