PLASMINOGEN ACTIVATOR
Plazminogen aktivator inhibitoru (SERPINE1)
PAI-1 plazminogenin aktivatorunun əsas antaqonistidir, plazminin sələfi olan t-PA (tkan plazminogen aktivatoru), öz növbəsində, qan laxtasının əsas komponenti olan fibrini məhv edir. Birinci növ plazminogen aktivasiyasının inhibitoru endotel hüceyrələri, hepatositlər, hamar əzələ hüceyrələri, meqakaryositlər, mezoteliya hüceyrələri, fibroblastlar və həmçinin yağ toxumasında istehsal olunur. Serpin ailəsinə aiddir, trombositlərdə inaktiv formada depolanır və fibrinolizi basdıran əsas fermentdir. PAI-1-in əsas funksiyası hemstatik tıxacın yerləşdiyi yerdə fibrinolitik fəaliyyəti məhdudlaşdırmaqdır, bunu plazminogen aktivatorunun inhibasiyası vasitəsilə həyata keçirir. PAI-1 konsentrasiyasının artması qan laxtalanmasına qarşı sistemin fəaliyyətini azaldır və bununla da tromb yaranma riskini artırır.
PAI-1 səviyyəsi qanda çox dəqiq tənzimlənir və bir çox patoloji hallarda artır. Onun istehsalını trombin, transformasiya edən beta böyümə faktoru, trombosit böyümə faktoru, interleykin 1, insulinəbənzər böyümə faktoru, qlükokortikoidlər və endotoksinlər stimullaşdırır. PAI-1 konsentrasiyasının artması onun genini kodlayan SERPINE 1 geninin polimorfizmi ilə əlaqəli ola bilər.
Klinik tətbiq sahələri
PAI-1 aktivliyinin təyin edilməsi, xüsusilə trombotik pozğunluqları olan insanlar üçün (dərin venaların trombozu, miokard infarktı və koronar xəstəliklər), xərçəng, qaraciyər xəstəlikləri və septik ağırlaşmalar zamanı əhəmiyyətlidir. Hamiləlik zamanı PAI-1 səviyyəsinin kəskin artması, aşağı düşmə riskinin artmasına və preeklampsi kimi bir ağırlaşmaya gətirib çıxarır - bu, plasentanın spiral arteriyalarının və intervilöz boşluqlarının trombozu ilə əlaqəlidir.
Patologiyanın vaxtında aşkarlanması profilaktik müalicə seçməyə və ağırlaşmaların qarşısını almağa imkan verir.
