VLCFA (Very long chain fatty acids)
Bədəndə yağların miqdarını qiymətləndirmək üçün istifadə olunan, əsasən doymuş,eyni zamanda doymamış yağ turşularının konsentrasiyasının təyini, həmçinin dislipidemiya, ürək xəstəlikləri və bəzi xərçəng növlərinin diaqnozunun qoyulmasında istifadə olunur.
Yağ turşuları (FA) insan orqanizmində bir sıra funksiyaları yerinə yetirirlər: onlar əsas enerji mənbələrindən biri kimi xidmət edir, hüceyrə membranlarının bir hissəsidir, yağda həll olunan vitaminlərin daşınmasını təmin edir, bəzi vasitəçilərin və siqnal molekullarının prekursorlarıdır. Molekuldakı qoşa bağların sayından asılı olaraq, FA doymuş və doymamış olaraq təsnif edilir. Yağ turşularının konsentrasiyasının təyini onların orqanizmdə tarazlığını qiymətləndirmək, həmçinin dislipidemiya, ürək-damar xəstəliyi və bəzi onkoloji xəstəliklərin diaqnozunun qoyulmasında və müalicəsinin qiymətləndirilməsi üçün həyata keçirilir.
Analizə necə düzgün hazırlaşmaq olar?
- Testdən 8 saat əvvəl yemək yeməyin, təmiz qazsız su içə bilərsiniz.
- Testdən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
Analiz nə üçün istifadə olunur?
- Orqanizmdə əsas doymuş və bir doymamış yağ turşularının balansını qiymətləndirmək;
- dislipidemiyanın, ürəyin işemik xəstəliklərinin, həmçinin bəzi onkoloji xəstəliklərin (kolon xərçəngi, mədəaltı vəzi xərçəngi, prostat vəzi xərçəngi, süd vəzi xərçəngi) diaqnozu, proqnozu və müalicəsinin təqibi üçün.
Analiz nə vaxt təyin olunur?
- Xəstənin qidalanma vəziyyətini qiymətləndirərkən;
- dislipidemiya, ürəyin işemik xəstəliyi, həmçinin müəyyən onkoloji xəstəlikləri (yoğun bağırsağın, mədəaltı vəzin, prostat vəzinin və süd vəzisinin adenokarsinoması) olan xəstəni müayinə edərkən.
