Chlorine
Orqanizm xlorun daimi səviyyəsini saxlayır: çatışmamazlıq qidadan gələn xlorla örtülür, artıqlığı isə tər, sidik və nəcislə xaric olur. Xlorun ən yüksək konsentrasiyası qanda və əsas anion (mənfi yüklü molekul) olduğu hüceyrədənkənar mayedə olur.
Analizə hazırlıq
Xlor üçün qan testi 8-12 satlıq aclıqdan sonra səhər saatlarında aparılır (müayinədən 8-12 saat əvvəl yemək yeyə bilməzsiniz, yalnız su içə bilərsiniz). Bir gün əvvəl spirt və yağlı yeməklərdən, həddindən artıq qida qəbulundan uzaq durmalısınız. Müayinədən yarım saat əvvəl siqaret çəkməmək, fiziki fəaliyyətdən və əsəb gərginliyindən qaçmaq daha yaxşıdır.
Qastroenterologiyada müayinənin təyin edilməsi üçün göstərişlər ola bilər:
- uzun müddət davam edən qusma və/və ya ishal;
- qida maddələrinin malabsorbsiyası;
- xoralı kolit.
Müayinə aşağıdakı hallarda terapevt tərəfindən təyin edilə bilər:
- susuzlaşdırma və ya həddindən artıq nəmlənmə;
- istilik vuruşu;
- xroniki ağciyər xəstəlikləri;
- artan tərləmə.
Endokrinologiyada istifadə üçün göstərişlər bunlardır:
- İtsenko-Kuşinq sindromu;
- metabolik asidoz və ya alkaloz;
- Addison xəstəliyi;
- hiperparatireoz;
- Şəkərli diabet
Travmatologiyada bu hallarda test istifadə edilə bilər:
- geniş yanıqlar;
- hipotalamusun zədələnməsi ilə baş zədələri.
Nefrologiyada istifadə üçün göstərişlər:
- böyrək borulu asidoz;
- anuriya;
- oliquriya;
- Böyrək çatışmazlığı.
Ginekologiyada eklampsiyadan şübhəli hallarda testin aparılması tövsiyə olunur. Kardiologiyada ürək çatışmazlığı zamanı xlor miqdarının qanda təyini aparılır.
Hiperxloremiya müşahidə olunur: nefroz; nefritdə, əsasən də nefrosklerozda; ürək-damar sisteminin dekompensasiyası dövründə; alkalozda.
Hipoxloremiya müşahid olunur:
1) isti iqlim şəraitində; hərarətlə müşahidə olunan xəstəliklərdə tərlə itirmə;
2) ishal zamanı itirmə;
3) duodenal xora, yüksək bağırsaq keçməməzliyi, onikibarmaq bağırsağın stenozu zamanı təkrarı qusmalar;
4) xroniki və kəskin böyrək çatmamazlığı;
5) krupoz pnevmoniya;
6) nəzarət olunmayan diuretik terapiyası;
7) müxtəlif cərrahi əməliyyatlardan sonrakı vəziyyət;
8) hipokaliumemik metabolik alkaloz;
9) diabetik asidoz;
10) böyrək diabeti;
11) böyrəküstü vəzin xəstəliyi.
