Qələvi fosfataza
Artması ilə müşayiət edilən hallar:
- Uşaqlarda cinsi yetişkənlik dövrünə qədər yüksək olur;
- Raxit xəstəliyi,
- Pedjet xəstəliyi hiperparatireozla bağlı sümük dəyişiklikliyi,
- Osteogen sarkoma,
- Sümüyə metastaz edən xərçəng,
- Mielom xəstəliyi,
- Limfoqranulematoz sümük zədələnməsi ilə, xolestaz, xronik alkoqolizm, hepatotoksik təsirli dərmanların (tetrasiklin, parasematol, fenasetin-6-merkaptopurin, salisatlar və s.) təyini zamanı yüksəlir.
Qadınlarda:
- Hamiləlikəleyhi dərmanların istifadəsində,
- Preeklampsiyada olan qadınlarda daha yüksək olur ki, bu dölün zədələnməsini göstərir; ( qeyd olunanlardan əlavə qaraciyərdən kənar sepsis, xoralı kolıt, regionar ilelit, bağırsağın bakterial infeksiyasi, tireotoksikoz zamanı fəallıq artır ).
Azalmasına səbəb olan hallar:
- Hipotireozda,
- Sinqa,
- Anemiya,
- Hipofosfatazemiya zamanı fəallığın azalması qeyd olunur,
- Qələvi fosfatazanın aşağı aktivliyi hamilələrdə dölün inkişaf çatmamazlığını göstərir.

