Immunoglobulin A, İgA
Normal göstəriciləri: zərdabda-0,9-4,5 q/1.
Artma səbəbləri:
- daxili orqanların alkoqol zədələnməsi;
- xronik limfoleykoz;
- qaraciyərin xroniki xəstəlikləri;
- qlomerulonefrit;
- mielom xəstəliyi;
- mukovissidoz;
- paraproteinemik hemoblastozlar;
- revmatoid artrit;
- sistemli qurdeşənəyi;
- tənəffüs yolları xəstəlikləri;
- Valdenstrem xəstəliyi.
Azalma səbəbləri:
- 6 ayadək uşaqlarda fizioloji azalma;
- immunodepressantlarla və sitostatiklərlə müalicə;
- qaraciyər hüceyrəsinin çatışmazlığı;
- qaraciyər xəstəlikləri;
- qaraciyər sirrozu;
- limfa sisteminin şişləri;
- malabsorbsiya sindromu;
- müxtəlif etiologiyalı immunodefisitlər,
- şüa xəstəlikləri;
- timusun hipoplaziyası;
- toluol, bezol, ksilolla zəhərlənmə.

