Carbamid
Böyrəklərdə olan patoloji dəyişikliklərin qiymətləndirilməsində qanın tərkibindəki karbamid azotunun qatılığı və onun ümumi qalıq azotunun miqdarındakı faizi böyük əhəmiyyət kəsb edir. Qanda karbamidin qatdığının 50-150 mq/dl səviyyəsində olması böyrəyin funksiyasının ciddi şəkildə pozulduğunu və uremiyanın törəndiyini göstərir, uremiyanın terminal inkişaf dövründə bu göstərici hətta 150-250 mq/dl-dən də artıq ola bilər.
Artmasına səbəb olan hallar:
• Əməliyyatdan sonrakı dövrdə, qalxanabənzər vəzin hiperfunksiyası zamanı sidiklə sidik cövhərinin ifrazı artır (mənfi azot balansı).
Azalmasına səbəb olan hallar:
• Hamiləlikdə, sidik cövhərinin əmələ gəlməsinin azalması ilə müşahidə olunan qaraciyər xəstəlikləri, böyrək funksiyasının pozulması; anabolik hormonların qəbulu zamanı sidiklə sidik cövhərinin ifrazı azalır (müsbət azot balansı).