Gizli şəkər, 3 aylıq şəkər
Hemoqlobinin zülal hissəsi (qlobin) digər zülallar kimi, uzun müddət qlükoza (və ya digər monosaxarid) olan məhlulda saxlanıldıqda kimyəvi, qeyri-enzimatik reaksiya nəticəsində monosaxarid qalıqları ilə birləşir. Hemoqlobin-qlükozilat (Qlü-Hb) adlanan bu birləşmə qanın tərkibində əmələ gələ bilir və normal halda onun eritrositdəki miqdarı eritrositin yaşama müddəti uzandıqca, artır. Qanda Qlü-Hb-nin miqdarı qlükozanın qatılığı ilə düz mıütənasibdir. Buna görə Qlü-Hb-nin miqdarı eritrositin yaşadığı dövrdə qanda olan qlükozanın orta qatlığını xarakterizə edir. Bu göstərici şəkərli diabet xəstəliyi zamanı normadan artıq olur. Qlü-Hb-nin normadan artıq olması şəkərli diabet xəstəliyinin müalicəsinin düzgün aparılmadığını göstərən əsas meyarlardan biridir. Hemoqlobin populyasiyasının gəncləşməsi zamanı isə (məsələn, orqanizmdə eritropoez və hemoqlobin sintezi sür'ətləndikdə) Qlü-Hb-nin miqdarı azalır.
HbAI c-nin eritrositdəki səviyyəsi axırıncı 6-8 həftə müddətində karbohidrat mübadiləsinin inteqral göstəricisidir.
Müayinənin göstəriciləri aşağıdakı kimi qiymətləndirilir: 4-6% sonuncu 1-1,5 ay müddətində şəkərli diabetin yaxşı kompensasiyasını, 6-8-9% subkompensasiyanı, 9% və yuxarı - dekom¬pen-sasiyanı göstərir. Müalicə-nin effektivliyini qiymətləndirmək üçün müayinəni 1,5-2 aydan bir təkrarlamaq məqsədəuyğundur.
Diabet xəstəliyinin müalicəsi düzgün aparıldıqda bu göstərici normal səviyyənin yuxarı hüdudunda, düzgün aparılmadıqda isə normadan artıq, 13-20% olur.
Nümunənin stabilliyinin yüksək olması, stres və ya xəstəlik kimi səbəblərlə gün arası variasiya göstərməməsi, HbA1c testinin, qlükoza ölçümünə istinad edən testlərə görə ən vacib avantajlarını təşkil edir.
Ortalama qan qlükoza səviyyəsinin son 6-8 həftə ərzində necə bir gediş nümayiş etdirdiyini və şəxsin diabet ağırlaşmalarına məruz qalma riskini dəyərləndirmə ehtimalı verən güvənilən bir parametrdir. HbA1c nisbətinin ilk dəyərləndirmədə və müalicənin gedişi boyunca müşahidəsinin faydalı olacağı qəbul edilməkdədir. Xəstənin kliniki vəziyyəti ilə korelyasiya göstərməyən, gözləniləndən nəzərəçarpan dərəcədə aşağı bir HbA1c dəyəri qarşısında, eritrositlərin yenilənmə sürətini artıran hemoliz və ya qanaxma kimi halların və ya xəstədə eritrosit ömrünün qısalmasına səbəb ola bilən ya da istifadə olunan analiz metodu qarşılıqlı təsirə girən növ bir hemoqlobin variantının ola biləcəyi ehtimalı nəzərdə saxlanmalıdır.
Artmasına səbəb olan hallar:
-Qurğuşun zəhərlənmələri;
-Xronik böyrək çatışmazlığı;
-Splenektomiya;
-Talassemiya;
-Qan serumunda triqliseridlərin artması.
Azalmasına səbəb olan hallar:
Yalançı enmə uremiya, kəskin və xronik hemorragiyalar, həmçinin eritrosit ömrünün azalmasında (hemolitik anemiya zamanı) müşahidə olunur