Bu test ilə biz nəyi təyin edirik?
Test vasitəsilə qanda qida maddəsinə qarşı olan IgG4 konsentrasiyası təyin edilir. IgG4 səviyyəsi yüksək olduğu zaman həmin qidaların rasiondan çıxarılması qısa müddət ərzində IgG4 səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu da simptomların itməsilə nəticələnir. Bu isə həssaslığı yüksək çıxan qida məhsuluna məhdudiyyət qoyulması deməkdir. 57 qida növünə qarşı həssaslıq təyin edilir və bu həssaslıq 3 dərəcə/sinif üzrə qiymətləndirilir. Rəng diaqramı test nəticələrinin daha asan qiymətləndirilməsinə imkan verir.
- 1-ci sinif həssaslıq dərəcəsi – aşağı dərəcədə həssaslıq və ya həssaslığın olmaması kimi qiymətləndirilir. Pasiyent daim bu qidalarla qidalana bilər.
- 2-ci sinif həssaslıq dərəcəsi – orta səviyyədə həssaslığın olması kimi qiymətləndirilir. Pasiyent bu qidalarla ayda 1 dəfə qidalana bilər.
- 3-cü sinif həssaslıq dərəcəsi - yüksək dərəcəli həssaslığın olması kimi qiymətləndirilir. Pasiyent bu qidalarla 6 ayda 1 dəfə qidalana bilər.
Testin əlavələrində pasiyentlər nəticənin xülasəsini, testə dair məlumatları, ümumi məsləhətləri əldə edə bilərlər.
Food İntolerAnce Panel
Qlüten tərkibli taxıllar
- Buğda
- Çovdar
- Arpa
- Yulaf
- Qlüten
Qlütensiz taxıllar
- Taxıl qarışığı A (Amarant, Qarabaşaq,Qazayağı)
- Taxıl qarışığı B (Qarğıdalı, Düyü)
- Yumurta
- Yumurta ağı
- Yumurta sarısı
Süd məhsulları
- Kazein
- İnək südü
- Keçi südü
- Qoyun südü
Balıq və dəniz məhsulları
- Treska
- Tuna balığı
- Balıq qarışığı (Qızılbalıq, Alabalıq)
- Dəniz məhsulları qarışığı (Krevetka, Kalmar)
Ət məhsulları
- Qoyun/Quzu əti
- Ət qarışığı A (Dana, Donuz əti)
- Ət qarışığı B (Toyuq, Hinduşka əti )
Tərəvəzlər
- Kartof
- Soğan qarışığı (Sarımsaq, Soğan, Göy soğan)
- Pomidor
- Tərəvəz qarışığı A (Kök,Kərəviz)
- Tərəvəz qarışığı B (Kələm, brokkoli)
Paxlalılar
- Soya
- Paxlalılar qarışığı (Noxud, Yaşıl Lobya)
Meyvələr
- Meyvə qarışığı A (Limon,Portağal)
- Meyvə qarışığı B (Çiyələk, Şaftalı, Üzüm)
- Alma
- Ananas
- Kivi
- Banan
Fındıq və toxum
- Yer fıstığı
- Xardal
- Badam
- Kakao
- Fındıq
Digər
- Maya (Firinc mayası, Pivə mayası)
- Kofe
23912 | 30.08.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
320 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Allerqologiya |
|
Çalışma üsulu
|
MAST immunoblot analizi |
|
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
|
Nəticə vermə vaxtı
|
2 iş günü sonra saat 17:00 da |
|
Nümunə miqdarı
|
50 MkL |
|
Nümunə növü
|
Tam qan |
|
Rədd etmə kriteriyaları
|
Hemolizli, lipemik nümunələr |
|
Sinonim
|
Food Intelorance, Total İgG |
|
Testə hazırlıq/xüsusi şərtlər
|
Xüsusi hazırlıq tələb olunmur. |
|
Testin kodu
|
LAB-14-005 |
|
Tüb (qab)
|
Bənövşəyi qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

