ADA Universitetindən Referans Medical Group-a Rəsmi Təşəkkür!
Referans Medical Group olaraq, ADA Universitetinin 2025-ci il Məzun Günü tədbirində göstərdiyimiz dəstəyə görə aldığımız səmimi təşəkkür bizi çox məmnun etdi.
Tədbir zamanı Referans Hayat Hospitalının Ambulans xidməti peşəkar tibbi heyəti ilə təhlükəsizlik və sağlamlıq protokollarının yüksək səviyyədə təmin olunmasına öz töhfəsini verdi. Eyni zamanda, tədbirin koordinasiyası və effektiv təşkili prosesində Referans Medical Group-un Korporativ Əlaqələr şöbəsi ADA Universiteti tərəfindən xüsusi təşəkkürlə qiymətləndirildi.
Biz də ADA Universitetinə göstərdikləri etimad və səmimi əməkdaşlıq üçün təşəkkürümüzü bildirir, gələcək layihələrdə birlikdə uğurlu işlər görəcəyimizə inanırıq.

5900 | 03.07.2025