28 yanvar 2025-ci il tarixində Referans Medical Group və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən TələbəPlus kartına sahib tələbələr Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edirlər.
Eyni zamanda Bakıda yerləşən bütün filiallarda ildə 1 dəfə olmaqla ödənişsiz check up müayinəsindən keçə bilərsiniz.
Check up-a daxildir:
* Terapevt müayinəsi
* Görmənin yoxlanması
* Boy, çəki, bədən kütlə indeksi monitorinqi
* Ağciyərlərin rentgen müayinəsi
* Qarın boşluğu USM
* Qanın ümumi analizi
Qeyd: Check up müayinəsi üçün öncədən qeydiyyat mütləqdir. Qeydiyyat üçün *0033 Çağrı Mərkəzi ilə saxlamağınız mütləqdir.
Filiallar barədə əlavə məlumat:
https://referansclc.com/contacts/

21932 | 30.01.2025