17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Gülüstan Sarayında Referans Medical Group-un təşkilatçılığı ilə möhtəşəm və yadda qalan bir tədbir keçirildi.
“2025: Sağlamlığa Yeni Baxış” adlı bu görüş səhiyyəyə innovativ yanaşmaların təqdim olunduğu unudulmaz bir günə çevrildi.
Tədbirdə təqdim olunan yeniliklər:
- OMOM kapsul endoskopiya
- VR simulyasiya və reanimasiya texnologiyaları
- Digital patologiya
- Elektron göndəriş sistemi
- Ambulans izləmə tətbiqi
- Health Advocate layihəsi
Bu əlamətdar gündə 5 ildən artıq Referans ailəsinin üzvü olan əməkdaşlarımız “Qızıl Yaxa Nişanı” və rəsmi Təltifnamə ilə mükafatlandırıldı. Onların illərdir göstərdikləri peşəkarlıq, sədaqət və əvəzsiz əməyi böyük minnətdarlıqla qeyd olundu.
Gələcək uğurlarımızın təməlini qoyan əməkdaşlarımızla qürur duyuruq! Tədbirdən yadda qalan anları sizinlə bölüşürük.
68008 | 18.11.2025
Фотогалерея
1/15
—

