Ultrayüksək tezlikli terapiya- ultrayüksək tezlikli elektromaqnit sahələri əhatə edən fizioterapevtik müalicə üsuludur. Bu terapiyada əsasən orqanizmə elektrik sahəsi təsir edir.
UVÇ toxumalara təsir edərək yaxşı keçirici toxumaların (qan, limfa, hüceyrearası maye, əzələ, parenxomatoz orqanlar) ionları ilə təmasa girir ve cərəyan əmələ gəlir. UVÇ çox yüksək tezlikdə olması səbəbi ilə bu cərəyan hətta, hüceyrə daxili muhitə də keçir. Qan damarları genişlənir, limfa dövranı yaxşılaşır.
Orqanizmə təsiri zamanı bioloji fəal maddələr əmələ gəlir, osmotik təsir dəyişir, neyrohumoral təsir həyata keçir.
UVÇ birləşdirici toxumalar tərəfindən yaxşı mənimsənildiyinə görə güclü iltihab əlehinə təsirə malikdir.
UVÇ terapiyasına göstərişlər:
- Dəri və dərialtı toxumaların kəskin iltihabi prosesləri (əsasən irinli)
- Periferik sinir sistemi xəstəlikləri
- Dayaq hərəkət sisteminin iltihabi xəstəlikləri
- Ginekoloji orqanların iltihabi xəstəlikləri
- Tənəffüs orqanlarının iltihabi xəstəlikləri
- Lor orqanlarının iltihabi xəstəlikləri
UVÇ terapiyanın tətbiqinə əks göstərişlər:
- Onkoloji xəstəliklər
- Qan xəstəlikləri
- Hamiləlik zamanı
- Yüksək bədən temperaturu
- Bədəndə metal əlavələr
✅UVÇ terapiya ilə müalicə Referans Poliklinik Əhmədli filialımızda həyata keçirilir.
376 | 13.11.2024
- Rəylər
Загрузка комментариев...