Qaraciyər biopsiyası, qaraciyərdən kiçik bir toxuma nümunəsi götürülərək müayinənin aparılması üçün istifadə olunan prosedurdur.
Qaraciyər biopsiyası nə zaman lazımdır?
Həkiminiz biopsiya təyin edə bilər, əgər:
- Qaraciyərinizdə xroniki iltihab və ya zədələnmə ehtimalı varsa;
- Diaqnozu təsdiqləmək üçün əlavə məlumat lazımdırsa;
- Müalicənin effektivliyini qiymətləndirmək tələb olunursa;
- Qaraciyər xəstəliklərinin səbəbi dəqiqləşdirilməlidirsə (məsələn, hepatit, siroz və ya yağlı qaraciyər).
Necə həyata keçirilir?
- Prosedur yerli anesteziya altında aparılır.
- Xüsusi iynə vasitəsilə qaraciyərdən kiçik toxuma nümunəsi götürülür.
- Nümunə laboratoriyada mikroskopik müayinə olunur.
Qaraciyər biopsiyası təhlükəsiz bir prosedurdur və çox nadir hallarda ağırlaşmalara səbəb olur. Həkiminiz prosedurdan əvvəl və sonra sizi diqqətlə izləyəcək.
Bu müayinə niyə vacibdir?
Biopsiya, qaraciyər xəstəliklərinin dəqiq diaqnozu üçün vacibdir və düzgün müalicə planının qurulmasına kömək edir.
Məlumat Referans Poliklinik Nəsimi filialımızın daxilində Qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin Qastroenteroloq-Hepatoloqu Dr. Mahirə Qədirova tərəfindən verildi.

2532 | 11.01.2025
- Rəylər
Загрузка комментариев...