Sink, insan orqanizmindəki bir çox fizioloji proseslərin yerinə yetirilməsində rol oynayan əhəmiyyətli bir mikroelementdir. Orqanizmdə sintez olunmur, bu səbəbdən də qida ilə müəyyən miqdarda qəbul edilməlidir.
Sinkin insan orqanizmindəki funksiyalarından bəziləri aşağıdakılardır:
• Fermentativ reaksiyaların həyata keçirilməsi
• İmmun sisteminin tənzimlənməsi
• Sağlam böyümənin və inkişafın davam etməsi
• Regenerasiya prosesini təmin etmək
• Protein sintezinin tənzimlənməsi
Sink sinir keçiriciliyində, həzmdə, maddələr mübadiləsində və bir çox fermentativ reaksiyalarda köməkçi faktordur. İmmun hüceyrələrin istehsalında da mühüm rol oynayır. DNT sintezi, dəri sağlamlığının qorunması və struktur zülalların istehsalı kimi vəzifələri olan sink, çatışmadıqda bütün bu vəzifələrin yerinə yetirilməsini əngəlləyir.
Sink çatışmazlığının əsas əlamətləri:
* çəki itirmək;
* yaddaş pozğunluğu;
* dad və qoxu azalması;
* ishal;
* dəridə səpkilər;
* görmə kəskinliyinin azalması;
* saçlarda incəlmə, kövrəklik, tökülmə;
* dırnaqların kövrəkliyi və parçalanması;
* yaraların gec sağalması;
* libidonun azalması,
Zn qəbulu immun sistemi gücləndirmək üçün lazımi tədbirlər planında böyük əhəmiyyət kəsb edir. İmmun sistemi gücləndirmək və orqanizmə daxil ola biləcək yoluxucu agentlərə sürətli bir immun cavab vermək və orqanizmdə infeksiyanın səbəb olduğu zərərləri aradan qaldırmaq üçün orqanizmdəki sink elementinin səviyyəsi müəyyən bir miqdarda olmalıdır.
Bütün vitamin və mineral əlavələri kimi, sink də yalnız orqanizmdəki miqdarı təyin edildikdən sonra istifadə edilməlidir. Sinkin yüksək səviyyədə olmasının sağlamlıq üçün yarada biləcəyi təhlükləri nəzərə alaraq həkimə müraciət etmədən vitamin və mineral əlavələrindən istifadə edilməməlidir.
Yüksək miqdarda sink qəbul etdikdən dərhal sonra aşağıdakı simptomlar əmələ gələ bilər:
• Ürəkbulanma
• Qusma
• Mədə ağrısı
• İshal
• Baş ağrısı və s.
Test bütün Referans filiallarında və nümunə qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

3780 | 20.08.2024
- Rəylər
Загрузка комментариев...