Nefroptoz - böyrəyin patoloji hərəkətliliyi nəticəsində aşağı enməsidir. Normalda böyrəklər 2-4 sm məsafədə cüzi fizioloji hərəkətliliyə malikdir. Nefroptoz zamanı böyrək 10 sm-ə qədər hərəkət edə bilər və hətta kiçik çanağa enə bilər. Belə hərəkətli böyrək “gəzən böyrək” adlanır.
Nefroptozun əlamətləri aşağıdakılardır:
• Tez-tez sidiyə getmə və ya sidik axınının azalması
• Nəfəs darlığı
• Qarın nahiyəsində davamlı ağrı
• Sidiyin qanlı gəlməsi
• Bulantı və ya qusma
• Sidiyə çıxa bilməmək
• Ayaq və əllərdə şişmə
Nefroptozun səbəbləri aşağıdakılar ola bilər:
- Fiksasiya aparatı quruluşunun anadangəlmə anomaliyaları
- Əzələ tonusunun azalması
- Yayılmış iltihab prosesi ilə müşayiət olunan ağır infeksion xəstəliklər
- Əzələ və bağların zədələnməsi
- Çəkinin kəskin azalması
- Qarın ön divarının zəifliyi
Müalicəvi bədən tərbiyəsi və masaj yalnız nefroptozun birinci mərhələsində effektivdir.
Nefroptozun profilaktikası və müalicəsi məqsədi ilə yoqa ilə məşğul olmaq da faydalıdır. Belə ki, çevrilmiş pozalar əzələləri möhkəmləndirir və böyrəyi öz yerinə qaytarmağa kömək edir.
Hovuzda məşqlər də effektivdir, amma o şərtlə ki, su prosedurları 40 dəqiqədən çox davam etməsin və suyun temperaturu 26°C-dən az olmasın.
Məlumat Referans Poliklinik Nəsimi filialımızın Uroloq-Androloqu Dr. Rauf Kazımov tərəfindən verilmişdir.

2748 | 11.01.2025
- Rəylər
Загрузка комментариев...