Lazer terapiyası hazırda tibbin bütün sahələrində istifadə olunan terapiyadır. Lazer terapiyası ağrısız və qeyri-invaziv müalicə üsullarından biridir. Lazer şuası insan orqanizmində gedən çox saylı prosesləri aktivləşdirir, energetik mübadiləni artırır, orqanizmin qeyri spesifik rezistentliyini və immunitetini gücləndirir, iltihab əlehinə, ağrıkəsici, antiallergik və mioprotektor təsiri göstərir. Lazer şuasının əsas xüsusiyyətlərindən hüceyrə membranının elastikliyini bərpa etmək qabiliyyəti, təsir zonasında limfo və gemomikrosirkulyasiyasnın normallaşmasının təmin etməsini qeyd etmək olar. Fermentlərin və metabolizmin aktivləşməsi hesabına bədən toxumalarını, orqanların funksiyalarını və ümumiyyətlə bütün orqanizmi stimullaşdırır.
Lazer şualandırma zamanı orqanizmdə aşağıda qeyd edilən proseslər müşahidə olunur:
- oksigen balansının dəyişməsi və oksidləşmə reduksiya prosesinin aktivləşməsi;
- hüceyrəarası mayelərin pH dəyişməsi, hüceyrənin protoplazmasında elektrolit mübadiləsinin stimullaşması və bunların nəticəsi kimi metabolizm proseslərinin sürətlənməsi;
- ATF sayının artması, oksigen istehlakının sürətlənməsi, RNK, DNK, nuklein turşuları, proteinlər, kollagen və çoxsaylı sitoplazmatik fermentlərin aktivləşməsi və nəticədə hüceyrələrin bərpa sürətinin arması;
- mikrosirkulyasiyanın yaxşılaşması və toxumadaxili mayenin mübadiləsinin aktivləşməsi;
- immun sisteminin aktivləşməsi nəticəsində neyroreflektor və neyroqumoral cavab adaptasion komplekslərin inkişaf etməsi;
- sinir uclarının ağrı sərhədinin qavrayışının artması.
✅QEYD: Lazer terapiyasına əks göstərişlər:
- IV mərhələ ürək, böyrək və qaraciyər çatışmazlığı, onkologiya;
- Yaş mədudiyyəti: 12 yaşdan yuxarı
Ətraflı məlumat üçün Referans Poliklinik Bayıl filialımızın Terapevt, Lazeroterapevti Dr. Nərgiz Səlimxanovaya təşəkkür edirik.
356 | 13.11.2024
Mövzu üzrə həkimlər
Terapevt
Dr. Nərgiz Səlimxanova
- Rəylər
Загрузка комментариев...