KOLOREKTAL XƏRÇƏNG TESTİ
Kolorektal xərçəng nədir? Kolorektal xərçəng (KRX) – yoğun bağırsaq və rektum (yoğun bağırsağın son hissəsi) nahiyəsini əhatə edən bədxassəli şişdir.
• Dünyada ən geniş yayılan xərçəng növlərindən biridir
• Hər il 1,4 milyon insana KRX diaqnozu qoyulur
• 500 min nəfər bu xəstəlikdən həyatını itirir
Erkən müayinə niyə vacibdir? KRX skrininq testindən kifayət qədər istifadə olunmaması səbəbindən:
• Hər 10 xəstədən 4-də xərçəng gec mərhələdə aşkarlanır
• Halbuki erkən mərhələdə 10 pasiyentdən 9-u tam sağala bilir
Kolorektal Xərçəng testi nədir? Bu test – bağırsaq xərçəngi və xərçəngönü dəyişiklikləri nəcis nümunəsində təyin edən genetik və qeyri-invaziv bir skrininq metodudur.
Test vasitəsilə aşağıdakı genlər analiz olunur:
• SDC2
• ADHFE1
• PPP2R5C
Xüsusi hazırlıq tələb etmir
Ağrısız və rahat üsuldur
Erkən diaqnoz üçün ideal seçimdir
Testin effektivliyi:
• Spesifiklik: 96.3%
• Etibarlılıq (həssaslıq): 89.47%
• NPV* (yalançı neqativin qarşısını alma): 99.9%
• PPV* (müsbət nəticənin xəstəliyi göstərmə ehtimalı): 11.9–28.9%
*Qeyd: PPV və NPV klinik risk faktorları ilə birlikdə qiymətləndirilməlidir.
Tövsiyələr:
• NCCN (National Comprehensive Cancer Network): Hər 3 ildən bir qeyri-invaziv skrininq məsləhət görür
• Amerika Xərçəng Cəmiyyəti: 45 yaşdan etibarən münatəzəm skrininq tövsiyə edir
Təcrübə və nəticələr:
• Risk qrupuna daxil olmayan 149 xəstə üzərində aparılan testlər yüksək uğurla nəticələnmişdir
• Test, bağırsağın sağ (qalxan), sol (enən) hissələrində və rektumda yerləşən KRX-ı müəyyən etməkdə effektivdir
Nəticə olaraq qeyd etmək istərdik ki, Kolorektal xərçəng:
• Qarşısı alına bilən, lakin çox zaman gec diaqnoz qoyulan bir xəstəlikdir
• Erkən skrininq həyat qurtara bilər – müalicə imkanlarını 90%-ə qədər artırır
• Genetik və qeyri-invaziv testlərlə vaxtında diaqnostika mükünkün olur

320 | 21.05.2025
- Rəylər
Загрузка комментариев...