Farmakogenetik testlər - Müalicə zamanı sizə uyğun olan dərmanları seçin!
Farmakogenetik testlər - insan genetik quruluşuna əsaslanaraq dərmanlara olan reaksiya və metabolizmanı qiymətləndirmək üçün istifadə olunan analizlərdir.
ƏSAS MƏQSƏDLƏR:
- Dərman metabolizmasında İştirak Edən Genetik Polimorfizmlərin Aşkar Edilməsi
- Fərdi və effektiv müalicə planının hazırlanması
- Arzuolunmaz dərman reaksiyalarının qarşısını almaq
- Dərman dozalarını fərdi genetik quruluşa uyğun təyin etmək
GENLƏR VƏ FUNKSİYALAR
CYP450 Ferment Sistemi:
- Dərman və ksenobiotik metabolizmasında rol oynayır.
- Genetik variasiyalar dərmanların effektivliyini və toksikliyini ciddi şəkildə dəyişə bilir.
Önəmli CYP genləri:
- CYP2D6, CYP2C9, CYP2C19 – Varfarin, kodein, klopidoqrel, antidepresantlar, PPI-lər
- CYP3A4, CYP3A5 – Takrolimus (xüsusilə orqan transplantasiyası)
- VKORC1, SLCO1B1, CYP1A2 – Xüsusilə statin və qan durulaşdırıcılarda
Fenotiplər:
- NM: Normal metabolizator
- IM: Aralıq metabolizator
- PM: Zəif metabolizator
- UM: Ultra sürətli metabolizator
ONKOLOGİYADA FARMAKOGENETİKA
Aşşağıdakı markerlər onkoloji terapiyada rol oynayır:
- RAS, BRAF, EGFR, HER2, PIK3CA, KIT, PD-1, ROS, ALK, BCR-ABL
DƏRMAN METABOLİZMASI İLƏ ƏLAQƏLİ GENLƏR
- UGT1A1: Irinotekan metabolizması, toksiklik riski
- TPMT: Azatioprin, 6-merkaptopurin, 6-tioquanin metabolizması, neytropeniya riski
- DPYD: 5-fluorourasil, kapesitabin – nevroloji toksiklik riski
FARMAKOGENETİK TESTLƏR KİMLƏR ÜÇÜN TÖVSİYƏ OLUNUR?
- Arzuolunmaz dərman reaksiyaları tarixcəsi olanlar
- Alternativi olmayan dərman istifadəsi zəruri olanlar
- Ömür boyu dərman istifadəsi gözlənən pasiyentlər
- Dərmanın dar terapevtik pəncərəyə malik olduğu hallar
- Bahalı dərman istifadəsi planlananlar
FARMAKOGENETİK TEST PANELİ:
Kompleks Panel:
- CYP2D6, CYP2C9, CYP2C19, CYP3A4, CYP3A5, CYP1A2, SLCO1B1, VKORC1
Tək Gen Testləri:
- TPMT
- DPYD
- UGT1A1
Onkoloji Marker Paneli:
- RAS, BRAF, EGFR, HER2, KIT, PIK3CA, ALK, ROS1, BCR-ABL, PD-1
Farmakogenetik testlər dərman müalicəsini daha səmərəli, fərdi və təhlüksiz hala gətirir. Genetik quruluşunuz sizin müalicə yolunuzu müəyyən edir.
3020 | 27.08.2025
- Rəylər
Загрузка комментариев...

