DİABETİK MONİTORİNQ – NƏ ZAMAN VƏ NİYƏ APARILIR?
Aşağıdakı hallarda diabetik monitorinq aparılması tövsiyə olunur:
• I və ya II tip şəkərli diabetin differensial diaqnostikasında
• Şəkərli diabetli xəstələrdə insulin müalicəsinə qərar verilərkən
• Ailəsində I tip şəkərli diabet olan şəxslərdə risk dərəcəsinin qiymətləndirilməsi zamanı
• Böyüklərdə LADA (Latent Autoimmun Diabet) hallarında
• Prediabet hallarında
• Uşaqlarda və böyüklərdə I tip şəkərli diabetin erkən diaqnostikasında
ƏSAS MONİTORİNQ TESTLƏRİ VƏ ONLARIN MƏNASI
1. Anti-GAD (Qlutamat Dekarboksilazaya qarşı anticisimlər)
• Funksiyası: Sinir və mədəaltı vəzi hüceyrələrində yerləşir, qamma-amin yağı turşusunun sintezində iştirak edir.
• Əhəmiyyəti: I tip diabet xəstələrinin 74%-də aşkarlanır. Diaqnostik dəyəri yüksəkdir.
2. Anti-IA2 (Tirozinfosfatazaya qarşı anticisimlər)
• Funksiyası: β-hüceyrələrdə insulinin sintezində iştirak edən fermentə qarşıdır.
• Spesifiklik: 76%
• Əlavə məlumat: Stress, infeksiya (xüsusilə enterovirus) zamanı arta bilər.
3. Anti-İnsulin
• Funksiyası: Orqanizmin öz insulininə qarşı anticisimlər.
• Spesifiklik: 52%
• Qeyd: Ekzogen insulin qəbul edənlərdə bu test aparılmamalıdır. Uşaqlarda daha tez-tez rast gəlinir.
4. Anti-ZnT8 (Sink Daşıyıcı Protein 8-ə qarşı anticisimlər)
• Funksiyası: β-hüceyrələrə sink daşınmasında iştirak edir, insulin deposunun formalaşmasını təmin edir.
• Spesifiklik: 78%
• Əhəmiyyəti: Yeni testlərdəndir, insulin çatışmazlığının göstəricisidir.
5. Leptin
• Funksiyası: Enerji mübadiləsini tənzimləyir, iştahı azaldır.
• Əhəmiyyəti: Artmış leptin insulinin təsirini zəiflədir və insulin rezistentliyinə səbəb ola bilər.
6. IGF-1 (İnsulin-like Growth Factor 1)
• Əhəmiyyəti: Şəkərli diabetin ağırlaşmalarından biri olan retinopatiyanın erkən aşkarlanması üçün mühüm göstəricidir.
7. C-peptid
• Funksiyası: Proinsulindən ayrılan zəncir, insulinin sintezi haqqında məlumat verir.
• Əhəmiyyəti: İnsulinlə birlikdə sintez olunur, lakin qanda daha uzun müddət qalır (20 dəqiqə vs 4 dəqiqə). Aşağı olması insulin çatışmazlığını göstərir.
8. Mikroalbumin testi (Sidikdə)
• Əhəmiyyəti: Diabetik nefropatiyanın erkən diaqnostikası üçün vacibdir.
• Tövsiyə olunur: I və II tip şəkərli diabet, eləcə də hipertoniya xəstələrində.
9. Anti-GBM (Qlomerulo-bazal membrana qarşı anticisimlər)
• Əhəmiyyəti: Mikroalbuminuriyanın böyrək mənşəli olub-olmamasını aydınlaşdırmaq üçün istifadə olunur.
• Qeyd: Mikroalbumin yüksək, Anti-GBM neqativdirsə, bu diabetik nefropatiyanı göstərə bilər.
Diabetik monitorinq yalnız mövcud diabet diaqnozunda deyil, həm də risk qrupunda olan şəxslərdə erkən aşkarlanma, düzgün müalicə planı və fəsadların qarşısını almaq üçün vacibdir. Yuxarıda qeyd olunan testlər hər biri spesifik vəziyyətlər üçün tövsiyə olunur və birlikdə istifadə edildikdə daha dəqiq klinik qiymətləndirməyə imkan yaradır.

312 | 21.05.2025
- Rəylər
Загрузка комментариев...