Ailədə xərçəng varsa, bu məndə də ola bilərmi?
Xərçəng bəzi hallarda genetik səbəblərlə bağlı olur. Əgər ailənizdə – xüsusilə birinci dərəcəli qohumlarda (ana, ata, bacı, qardaş) xərçəngə yoluxanlar varsa, bu, sizin də müəyyən xərçəng növlərinə qarşı risk altında ola biləcəyiniz anlamına gələ bilər. Bu riskləri daha yaxşı başa düşmək və erkən tədbir görmək üçün onkogenetik testlər mövcuddur.
Onkogenetik test nədir?
Bu testlər insanın genetik materialını analiz edərək, xərçəngə səbəb ola biləcək gen dəyişikliklərini (mutasiyaları) aşkarlayır. Məsələn, BRCA1 və BRCA2 genlərindəki mutasiyalar süd və yumurtalıq xərçəngi riskini artırır.
Kimlər bu testləri etdirməlidir?
• Ailəsində eyni növ xərçəng olan bir neçə şəxs varsa
• Gənc yaşda (50 yaşdan əvvəl) xərçəng diaqnozu qoyulan qohumlar varsa
• Nadir xərçəng növləri ailədə müşahidə olunursa
Testin faydası nədir?
Onkogenetik test nəticələri ilə:
• Erkən diaqnoz üçün mütəmadi yoxlamalara başlaya bilərsiniz
• Həyat tərzində və qidalanmada dəyişikliklər edə bilərsiniz
• Risk azaldıcı tibbi və ya cərrahi tədbirlər haqqında məlumatlı qərarlar verə bilərsiniz.
Unutmayın, erkən diaqnoz həyat qurtarır. Onkogenetik testlərlə genetik risklərdən xəbərdar olun, sağlamlığınızı qoruyun!

296 | 21.05.2025
- Rəylər
Загрузка комментариев...