• Sidiyin ümumi analizi

Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim edilməlidir. Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir.

Sidik quru, təmiz, steril qaba toplanmalı və 90 dəqiqə ərzində biomaterialların qəbulu bölməsinə çatdırılmalıdır. Laboratoriyamızda sidik analizləri üçün istifadə olunan xüsusi qab (konteyner) verilə bilər.

Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir. Diuretiklərdən istifadə olunmamalıdır.Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3 gün əvvəl purinlərlə (qırmızı ət, qaraciyər, böyrəklər, ördək, bəzi dəniz məhsulları və s.) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılmalıdır.

Dərman preparatlarının qəbulu zamanı sidiyin yığılması arzu olunmazdır. Əgər bunu başqa vaxt etmək mümkün deyilsə, o zaman müalicə həkimini bu barədə xəbərdar edin. Qadınlara aybaşı dövründə,həm kişi, həm qadınlarda isə sistoskopiyadan sonra 5-7 gün ərzində sidik analizi vermək məsləhət görülmür.

Yığılması:

Sidik yığılmazdan əvvəl gigyenik qaydalara əməl edilməlidir.

Səhər yuxudan qalxan kimi ilkin səhər sidiyinin orta porsiyası yığılmalıdır. Sidik yığıldıqdan sonra 90 dəqiqə ərzində laboratoriyaya çatdırılmalıdır.

  • Biokimyəvi analiz üçün sutkalıq sidik

Sutkalıq sidikdə aparılan müayinələr üçün sidik 24 saat ərzində yığılmalıdır. Səhərin ilkin sidiyi atılır.

Sidiyin porsiyaları kimi gün ərzində, gecə və o biri günün ilkin səhər sidiyi yığılır. Yığılmış bütün sidik yığım vaxtında sərin yerdə (+4+8C temperaturda) saxlanılan qaba yığılır.

Sidiyin yığılması tamamlandıqdan sonra qabdakı həcm dəqiq ölçülür, yığılmış sidik qarışdırılır və steril konteynerə (50 ml-dən artıq olmayaraq) tökülür.

Konteyner tədqiqatlar üçün laboratoriyaya gətirilir.

Klinikamızdan əldə olunmuş blankda sidiyin sutkalıq həcmi (diurez) millilitrlə yazılı surətdə göstərilir (məsələn, Diurez 1330 ml). Həmçinin pasiyentin çəkisi və boyu qeyd olunur.

  • Neçiparenko sınağı ilə sidik analizi

Hazırlıq:

Analizi verməzdən əvvəl sidiyin rənginə təsir edən meyvə və tərəvəz (çuğundur, kök və s.) qəbul edilməməlidir. Dərman preparatlarının qəbulu zamanı sidiyin yığılması arzu olunmazdır. Əgər bunu başqa vaxt etmək mümkün deyilsə, o zaman müalicə həkimini bu barədə xəbərdar edin. Qadınlara aybaşı dövründə,həm kişi,həm qadınlarda sistoskopiyadan sonra 5-7 gün ərzində sidik analizi vermək məsləhət görülmür.

Yığılması:

Sidik yığılmazdan əvvəl, gigyenik qaydalara əməl etmək lazımdır.

Tədqiqatlar yalnız ilkin səhər sidiyində aparılmalıdır. Bunun üçün mütləq ilkin səhər sidiyinin orta porsiyası yığılmalıdır. Orta porsiyanın yığılması üçün sidiyə 1-2 saniyə gedilir, bundan sonra steril konteynerə 50 ml-dən az olmayaraq sidik yığılır.

Sidik yığıldıqdan sonra konteynerin qapağı kip bağlanılmalıdır. Yığılmış sidik sidik yığımına başladıqdan 2 saat gec olmayaraq laboratoriyaya çatdırılmalıdır.

  • Zimnitski sınağı ilə sidik analizi

Hazırlıq:

- Klinikamızdan əldə edilən blank ilə birlikdə sidiyin yığılması üçün 8 steril konteyner almaq lazımdır (hər konteynerin üstündə kod, porsiya nömrəsi və hər porsiya üçün yığılma vaxtı qeyd olunub).
- Sidiyi yığarkən normal su və qida rejimini gözləmək lazımdır (qəbul olunan mayenin miqdarı 1,5 litrdən artıq olmamalıdır).
- Müayinə günü sidikqovucu preparatlardan istifadə etmək olmaz.
Bu şərtlərə riayət etmədikdə sidiyin miqdarının süni artımı və nisbi sıxlığının azalması baş verir, bu da həkimə nəticəni düzgün açıqlamağa imkan vermir.

Yığılması:

Səhərin ilkin sidiyi (səhər saat 6:00-da) analizin keçirilməsi üçün lazım deyil
Səhər saat 6:00-da pasiyent sidiyə çıxır, bu porsiya atılır.
Bundan sonra hər 3 saatdan bir (6s.- 9s., 9s.-12s., 12s.-15s., 15s.-18s., 18s.-21s., 21s.-24s., 24s.-3s.,3s.-6s) intervalda sidik yığılır. Hər 3 saatdan bir yığılmış sidik müvafiq konteynerə yığılmalıdır.
Həmçinin sutka ərzində qəbul olunan mayenin və duru qidanın təqribi həcmi ölçülməlidir.
8 konteynerin qapağı hər sidik yığımından sonra kip bağlanılmalıdır və sərin yerdə saxlanılmalıdır (soyuducuda 4-8C temperaturda saxlamalı, dondurulmamalıdır).
Doldurulmuş konteynerlər laboratoriyaya saat 12:00-a qədər çatdırılmalıdır.

  • Bakterioloji analiz üçün sidik nümunəsi (antibiotiklərə qarşı həssaslığın təyin olunması ilə birgə). Sidik antibakterial müayinəyə başlamazdan əvvəl və ya 1-2 həftə keçdikdən sonra verilməlidir. Əgər xəstə antibakterial preparat qəbul edirsə, bu barədə həkimə məlumat verilməli və həmin preparatların qəbulunun müvəqqəti dayandırılıb dayandırılmaması qərarı həkim tərəfindən qəbul edilməlidir. Sidik klinikamızdan əldə olunmuş steril konteynerə yığılır. Xarici cinsiyyət orqanların sabunla yuyulmasından sonra, sidiyi 1-2 saniyə buraxmaq və orta porsiyanı 5-10 ml həcmdə ağzı kip bağlanması şərti ilə steril konteynerə yığıb 1 saat ərzində laboratoriyaya çatdırmaq lazımdır (saat 14:00 kimi).

Qeyd: Yuxarıda göstərilən sidiyin çatdırılması qaydasını yerinə yetirə bilmədikdə yığılmış sidik 1 sutka ərzində soyuducuda saxlanıla bilər. Sidik nümunəsini dondurmaq olmaz!