28 İyul - Dünya Hepaititlə Mübarizə Günü

✅2010-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 28 iyul Hepatitlə Mübarizə Günü elan edilib.

Bu günün qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi şikayətlərə səbəb ola bilər. Təqribən hər 600.000 insan Hepatit B virusu nəticəsində, 350.000-dən çox insan isə Hepatit C ilə əlaqədar xəstəliklərdən ölür. Yoluxucu xəstəliklər qrupuna aid virus hepatitləri, dünyada milyonlara insana təsir edərək, ümumilikdə 1 milyona yaxın insanın ölümünə, kəskin və xroniki qaraciyər xəstəliklərinin inkişafına səbəb olur.