Qanda COVID-19a qarşı anticisimlərin təyini

COVID-19-a qarşı anticisimlərin təyini tam avtomatlaşdırılmış üsul ilə ilk dəfə olaraq Referans Klinik Laboratoriya Mərkəzində!

Abbbott ARCHITECT® şirkətinin 99.6% spesifikliyə və 100% həssaslığa (istehsalçının məlumatına əsasən) malik tam avtomatlaşdırılmış cihazında aparılacaq bu müayinə ilə SARS-COV-2 virusuna qarşı İmmunoqlobulin G və M təyini mümkündür.

60-80% insanlar xəstəliyi asimptomatik keçirir, bu hallarda isə yaxma müayinəsindən əlavə olaraq qanda anticisimlərin təyini məsləhət görülür.

✅İmmunoqlobulin M xəstə ilə kontaktdan təhminən 2 həftə, simptomlar başladıqdan isə 3-5 –ci günləri yaranır.

✅İmmunoqlobulin G isə daha öncə keçirilmiş prosesi göstərdiyi üçün, xəstə ilə kontaktdan təhminən 3-4 həftə sonra, simptomlar başladıqdan isə 7-14 gün sonra yaranır.

Əgər son bir ayda virus ilə kontakt aşkar edilməyibsə və ya kliniki simptomlar müşahidə edilmirsə, lakin xəstəliyin keçirilməsi haqqında şübhəniz varsa,o zaman Ig G təyini məsləhət görülür.

*0033
Whatsapp dəstək nömrəsi: 070 653 00 33