TeleTibb

Referansın peşəkar həkimləri ilə görüntülü müayinə bir zəng qədər yaxındır…

Zəng edirsiniz, randevu alırsınız və sizə uyğun saatda həkiminizlə sağlıq problemlərinizi klinikaya gəlmədən, elə evinizdə və ya olduğunuz ünvanda TeleTibb xidməti ilə dəyərləndirə bilirsiniz. Həkimlə görüntülü müayinə xidmətindən istifadə etməklə bərabər, ilk müayinədən sonra analiz və digər diaqnostik müayinələrinizin də evdə təşkili mümkündür. Belə ki, ünvanda xidmətimiz sizə olduğunuz ünvanı tərk etmədən hər cür tibbi xidməti təşkil edir. Laborator nəticələrinizi elektron ünvanınıza göndəririk və həkiminizlə yenidən e-görüntülü danışaraq yekun rəyi öyrənə və hazırda epidemioloji şəraitdə sağlamlığınızı riskə atmadan müalicə ala bilirsiniz.

TeleTibb layihəsi daxilində Referans Medical Group həkimlərindən əlavə olaraq,əməkdaşlıq etdiyimiz xarici klinikaların isətnilən mütəxəssisi ilə də elektron müayinənin keçirilməsi mümkündür.