REFERANS

Klinik Laboratoriya Mərkəzi

 

Asan Laboratoriya

  "Sağlamlığınız bizim dəyərimizdir" dedik və Sizlərə daha yaxın olmaq üçün bir addım daha irəllədik!

28.12.2016-cı il tarixində Prezident İlham Əliyev Bakıda “ASAN qatar”-ın açılışında iştirak edib.

Səyyar “ASAN qatar”la ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək vətəndaşlara xidmət göstərəcək.

Bu xidmətlərin siyahısına ASAN Tibb Xidmətidə daxil edilib. ASAN Tibb Xidməti Referans Klinik Laboratoriya Mərkəzinin maddi-texniki bazası əsasında fəalliyyət göstərəcək. ASAN Tibb Xidməti daxilində mərkəzimizdə aparılan bütün laborator müayinələrin (4000-ə qədər laborator xidmət) aparılması mümkündür. Artıq mərkəzimizə müraciət edə bilməyən bütün pasiyentlərə öz yaşadıqları rayon ərazisində biz tərəfdən yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək! Eyni zamanda ASAN Tibb Xidməti daxilində aptek xidmətidə və həkim qəbullarıda aparılacaq.

Eyni zamanda pasiyentlərimizin rahatlığını tam təmin etmək məqsədilə, 2 saylı ASAN Kommunal daxilində də qan alma məntəqəmiz fəaliyyətə başladı. Artıq bura da da pasiyentlərimiz tam rahat şəkildə müraciət edərək bütün laborator xidmətlərimizdən faydalana bilərlər.

Fərqliliyimiz- üstünlüyümüzdür!

Ətraflı: http://www.president.az/articles/22352

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.