REFERANS MEDICAL GROUP

Digər Xidmətlər

 

Peyvəndlər

    İnsan orqanizminin ətraf mühitə uyğunlaşması üçün xüsusi müdafiə lazımdır. Bəzi xəstəliklər zamanı bədən öz müdafiə sistemini qura bilmir və bu ağır nəticələrə gətirib çıxarır. Müxtəlif xəstəliklərə tutulmamaq üçün eyni virus və bakteriyaların müxtəlif növlərindən hazırlanmış bioaktiv vasitələr hazırlanır ki, buna peyvənd deyilir. Orqanizmin müdafiə sisteminin bir çox xəstəliklərə qarşı hazırlıqlı olması baxımından peyvəndləmə zəruridir.

    Peyvəndlərin fərqli növləri var. Vərəm, qızılca, məxmərək və öskürək peyvəndlərini buna misal göstərə bilərik. Yeni doğulmuş körpələrə anadan müxtəlif anticisimlər keçir, bu onlarda müəyyən yaş dövrünə qədər müxtəlif xəstəliklərə qarşı müdafiə mexanizmi yaradır. Müəyyən müddətdən sonra mikroblarla təmas səviyyəsindən asılı olaraq uşaqlar anadan keçən anticisimlər vasitəsilə müdafiə olunduqları xəstəliyə yoluxa bilir. Müxtəlif xəstəlik və infeksiyalara qarşı vurulan peyvəndlər çox əhəmiyyətlidir.

   Səhiyyə Nazirliyinin peyvənd üzrə proqramına əsasən Referans Klinik Laboratoriya Mərkəzində aşağıdakı peyvəndlər aparılır:

    1. BCG - Uşaqları vərəm xəstəliyinin fəsadlarından qoruyur. Vərəmə qarşı peyvənddən sonra peyvənd yerində normal reaksiya baş verir: vurulduğunun 4-cü günündə iynə yerində iz, 1 aydan sonra həmin yerdə dəri səthində qalxan papula, daha sonra kiçik yara əmələ gəlir. Bir müddət sonra dəri quruyur və qabıqlayır və yerində çapıq qalır. Bu hal peyvəndin (BSC) uğurlu olmasının əlamətidir. Peyvənd yerində yara olan zaman gigiyena qaydalarına əməl etmək lazımdır.
    2. Poliomielit - Uşaq iflicinin əvvəllər hansı fəsadlar törətdiyini bilirik. Bu peyvəndin mövcudluğu nəticəsində artıq insanlar bu xəstəlik qarşısında aciz deyil.
     3. Hepatit B peyvəndi - Hepatit B virusu insanlarda xroniki xəstəlik yarada bilər. Uşaqlar bu virusa tutulan zaman isə qısa zaman ərzində ölümlə nəticələnir. Hepatit B peyvəndini vurmaqla neçə belə ağır fəsadları olan xəstəliklərdən uşaqlarınızı qoruya bilərsiniz.
    4. DTP (difteriya, tetanus, göy öskürək peyvəndi) - Bu peyvənd icad olunmamışdan qabaq difteriya epidemiyası nəticəsində minlərlə uşaq ölümü olub. DTP peyvəndinin uşaqlara vurulması ilə xəstəliklərin və uşaq ölümlərinin qarşısı ciddi şəkildə alınıb. Uşaqların infeksiyalara yoluxmaq riskinin aradan qaldırılması üçün peyvəndlərin vurulmasına razı olmalı, bir neçə günlük peyvənd vurulandan sonra yaranan hallara qarşı dözümlü olmalısınız.
     5. HİB (Hemoflyus influezo Tip B) peyvəndi. PCV (konyuqe edilmiş pnevmakok peyvəndi) - HİB peyvəndi daha öncə Səhiyyə Nazirliyinin proqramına əlavə edilmiş olsa da, PCV peyvəndi son aylarda proqrama salınıb. HİB və pnevmakok uşaqlarda pnevmoniya, epiqlothit, otit, tonsillit, ən təhlükəlisi isə meningit kimi xəstəliklər törədə bilən mikroorqanizmlərdir. Qızdırmadan əlavə əks təsiri olmayan HİB və PCV peyvəndləri yuxarıda qeyd olunan ciddi xəstəliklərdən 80-90% qoruyucu gücə malikdir. Onu da qeyd edək ki, Referans Klinik Laboratoriya Mərkəzində peyvənd olunan uşaqların yalnız 10-15%-də temperatur ola bilər, 90% uşaqlarda hər hansı bir əks təsir olmur.
      6. MMR (qızılca, paratit, məxmərək) - bəzi hallarda müxtəlif əks təsirlər ola bilər. Bəzən peyvənddən sonra iynə vurulan yerdə 1-2 gün toxumanın qızartı və şişkinliyi olur. Nadir hallarda isə halsızlıq, iştahanın azalması, hərarətin qalxması, bir qədər zökəm və öskürək, bəzən isə qızılcayabənzər səpgilər əmələ gələ bilər. Bundan 3-5 gün sonra bütün simptomlar keçib gedir. Bu zaman, müalicə tələb olunmur.

   Xəstəliklərin aşağıdakı simptomları ola bilər:

Paratit:

– Qızlarda yumurtalıq iltihabı
– Oğlanlarda orxit

Qızılca:

– SSPY (subakut skleroza panensefalit)
– Pnevmoniya
– Ani ölüm

Məxmərək:

– Pnevmoniya

   Adlarını qeyd etdiyimiz peyvəndlərin əlavə təsirləri yoxdur və 80-90% qoruyucu təsirə malikdir. BCG, HİB, PCV, MMR, Poliomielit, DTP peyvəndləri Səhiyyə Nazirliyinin proqramında olan peyvəndlərdir. Bundan başqa Dünya Səhiyyə Təşkilatının vacib saydığı və bir çox ölkələrdə standart olaraq tətbiq olunan, ancaq ölkəmizdə hələ də planlı peyvənd sayılmayan peyvəndlər də var ki, bunlara da aşağıdakılar aiddir:
    1) Su çiçəyi peyvəndi- Su Çiçəyi xəstəliyinin ağır forması kimi aşağıdakıları göstərmək olar:
1. Vestibulit
2. Pnevmoniya
Bu peyvəndin əlavə təsiri yoxdur, 80-90% qoruyucudur.
     2) Hepatit A – Xəstəliyinin ağır forması: Fulminan akut Hepatit
   3) Rotarix peyvəndi - Rotavirus ishal, qusma yaradan xəstəliklərin əsasında durur. Bu peyvəndi vurdurmaqla uşaqlarınızı qorumuş olursunuz.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.