BÖLMƏLƏR

Hematologiya Bölməsi

Hematologiya

      Hematologiya qan üzrə elmi sahədir. Hematologiyanın əsas sahəsi qan xəstəlikləridir. Qan, duru bir maddədir. Həmin maddə, həm damarlarımızda dövr edən və içində qırmızı qan hüceyrəsi, leykosit, trombositlər kimi hüceyrələri ehtiva edən duru toxuma, həm də qanın meydana gəldiyi sümük iliyi toxumasından ibarətdir. Qandakı qırmızı qan hüceyrələri, toxumalara oksigen daxil edərkən, leykositlər isə mikroblarla mübarizəyə görə cavabdehdir. Leykositlərin bir başqa qolu olan lenfositlər isə immunitet sistemimizi meydana gətirir. Trombosit olaraq adlandırılan hüceyrələr isə hər hansı bir travma hallarında qanaxmanı dayandıran hüceyrələrdir.

     Qan xəstəlikləri deyilən vaxt, həmin hüceyrələrin az və ya çox sayda olması, qüsurlu strukturu, kanserləşməsi kimi halların olduğunu nəzərə almalıyıq. Həmçinin, damar daxilində duru maddə olaraq dövr edən qanın hər hansı bir travma halında pıxtılaşması qandakı bir çox zülların bir birinə təsir edərək meydana gətirdiyi reaksiyadır. Qanı maye halında tutan mexanizmlər ilə pıxtılaşmasını təmin edən mexanizmlər arasındakı balansın təxrib olması nəticəsində meydana gələn qanaxma və ya pıxtılaşma xəstəliklərini də hematologiya sahəsinə daxil etmək olar.

    Bu səbəbdən, hematologiya xalq arasında qansızlıq, immunitet çatışmazlığı, qanaxma, venadxili pıxtıların meydana gəlməsinə səbəb olan xəstəliklər, qan xərçəngi, limfa vəzləri xəstəlikləri, limfomalar, multiple myeloma kimi limfa sistemindəki xərçəng növləri, müxtəlif qanla bağlı xəstəliklər, hematologiya sahəsinə daxildir.

    Hematoloji xəstələrə diaqnoz qoymaq üçün Referans Klinik Laboratoriya Mərkəzində müxtəlif bio-kimyəvi testlər, qanın meydana gəlməsində tətbiq olunan vitamin, mineral və hormonların ölçülməsi, qandakı müxtəlif genetik immunoloji tədqiqatların aparılması, xromosom analizləri, , qanaxmanı ölçən testlər, müxtəlif görüntüləmə metodları tətbiq olunur.

   Hematoloji xəstəliklərin diaqnozlaşdırılması qədər müalicəsi də xeyli əhəmiyyətlidir. Bu məqsədlə, əgər çatışmazlıq varsa, qanın meydana gəlməsində tətbiq olunan müxtəlif vitaminlər və minerallar, kemoterapiyalar, qan köçürmə, qanaxmanın və pıxtılaşmanın profilaktikasında müxtəlif dərman preparatları istifadə olunur. Təbii ki, hematoloji xəstəliyə səbəb olan ünsürlərin və xəstəliklərin də müalicəsi prioritet məsələdir.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.