Ünvanda xidmət

Bəzən olduğumuz məkanı tərk edə bilmirik. Səhhətimiz də zamana və məkana tabe olmur. Belə olan halda ən böyük köməyimiz tibbi xidmətin yanımıza - evimizə və ya olduğumuz məkana gəlməsidir.

Referans Medical Groupun tərkibinə daxil olan Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikası hər an və hər ünvanda pasiyentlərinin sağlamlığının keşiyində durmaq üçün ÜNVANDA XİDMƏT layihəsi ilə pasiyentlərinin hər an yanındadır. Ünvanda müayinə xidməti həm də xəstəxanada növbə gözləməyə, marşrut istiqamətini dəyişməyə, tıxacda qalmağa, komfortunu pozmağa ehtiyac olmadan rahat və komfortlu tibbi xidmət almaq üçün ən optimal üsuldur. Bir zənglə Referans Klinik Laboratoriya ərkəzi və Poliklinikasının keyfiyyətli tibbi xidməti olduğunuz ünvana gələcək.

Ünvanda müayinə daxilində aşağıdakı xidmətlər göstərilir:

  1. Ünvanda laborator müayinələr (4000 yaxın)
  2. Həkim çağırışı
  3. Peyvəndlər
  4. İnfuziyalar və sarğılar
  5. Fizioterapiya (massaj, fonoforez, elektroforez, maqnitoterapiya, parafin applikasiya, inqalyasiya)
  6. Hər növ check-up
  7. İnstrumental müayinələr ( EKQ, EXO, Holter, USM, neyrosonoqrafiya, rentgen)
  8. Dərmanların çatdırılması

Həkim çağırışları, xüsusən pediatrların ünvanda xidmət göstərməsi, uşaqlarımızın öyrəşdiyi məkandan ayrılmadan müayinə olunması, peyvəndlərin vaxtı-vaxtında icra edilməsi valideynlər üçün (əsasən də işləyən valideynlər üçün) sərfəlidir !

Uzun müddət yataq xəstələrinə, əməliyyat sonrası dövr pasiyentlərinə sarğıların dəyişdirilməsi, infuziyalar icra edilməsi bir çox ailələrə böyük köməklik olacaqdır.
Mərkəzimizin məqsədi - günün tələbinə uyğun, operativ və keyfiyyətli tibbi xidmət göstərərək , hər bir pasiyentin dəyərli olduğunu ona hiss etdirməkdir.

Siz buna layiqsiniz!

Bir zəng yetər!

Ünvanda xidmət yanınızdadır.

Ətraflı məlumat üçün: *0033 çağrı mərkəzi və ya 070 263 00 33 mobil operatoru və 070 506- 00-33 whatsapp vasitəsilə əlaqə saxlamaq mümkündür.

QEYD: Ünvanda xidmətə müraciətlər saat 09:00-18:00-a qədər mümkündür.