Referans Səyyar Tibbi qatarının xidmətləri

Səhiyyənin ən son yeniliklərindən, keyfiyyətli tibbi xidmətdən vaxt itkisinə yol vermədən və yaşadığın yeri tərk etmədən yararlanmağın ən müasir metodu Səyyar tibbi xidmətdir. Referans bu xidməti sizin üçün təqdim edir.

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin maddi-texniki bazası əsasında fəalliyyət göstərən SƏYYAR Tibb Xidməti daxilində bütün laborator müayinələrin (4000-ə yaxın laborator analizlər) aparılması mümkündür. Səyyar Tibbi Xidmət qatarı hazırda Quba-Xaçmaz iqtisadi rayonu ərazisində yerləşir. Və mərkəzimizə müraciət edə bilməyən bütün pasiyentlərə öz yaşadıqları rayon ərazisində tərəfimizdən yüksək keyfiyyətli tibbi xidmət göstərilir! Hər profildən olan həkim qəbullarımızdan da elə səyyar xidmətə müraciət etməklə yararlana bilərsiniz.

Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarının sakinləri üçün pandemiya şəraitində ən təhlükəsiz müayinə məkanı məhz Referans Səyyar Tibb Xidmətidir.

Məlumat üçün qeyd edək ki, Cənab Prezident İlham Əliyevin 2016-cı ildə Bakıda açılışını etdiyi Səyyar "ASAN qatar" 2019-cu ildən etibarən Referans Səyyar Tibbi xidməti olaraq fəaliyyətini davam etdirir. Dövlət siyasətinin əsas prioritetlərindən biri də vətəndaşların sağlamlığının maksimum təmin edilməsidir ki, bu yolda Referans Medical Group Səyyar Tibbi Xidmət qatarını gələcəkdə digər bölgələrdə də yaradılmasını planlaşdırır. Xidmətin yaradılması üçün Ölkəmizin geniş dəmir yolu şəbəkəsi, yenilənmiş infrastruktur, mühəndis-kommunikasiya xətləri və ən müasir texnologiyalarla zənginliyi Səyyar Tibbi Xidmətdən istifadəyə də imkan verir.

"Sizin sağlamlığınız bizim dəyərimizdir" deyərək çıxdığımız yolda bu dəyəri addım-addım göstərmək əsas missiyamızdır.