Səyyar Tibb Qatarı (Xaçmaz Filialı)

Referans Xaçmaz analiz qəbulu məntəqəsi ənənəvi filiallardan fərqli olaraq orada yerləşən Səyyar Tibbi qatarın xidmətləri ilə dəyərləndirilir.

Səhiyyənin ən son yeniliklərindən, keyfiyyətli tibbi xidmətdən vaxt itkisinə yol vermədən və yaşadığın yeri tərk etmədən yararlanmağın ən müasir metodu Səyyar tibbi xidmətdir. Referans bu xidməti sizin üçün təqdim edir.

Səyyar Tibb Qatarı daxilində bütün laborator müayinələrin (4000-ə yaxın laborator analizlər) aparılması mümkündür. Referans Səyyar Tibb Qatarı hazırda Quba-Xaçmaz iqtisadi rayonu ərazisində yerləşir. Mərkəzimizə müraciət edə bilməyən bütün pasiyentlərə öz yaşadıqları rayon ərazisində tərəfimizdən yüksək keyfiyyətli tibbi xidmət göstərilir.

Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarının sakinləri üçün pandemiya şəraitində ən təhlükəsiz müayinə məkanı məhz Referans Səyyar Tibb Xidmətidir.

Məlumat üçün qeyd edək ki, Cənab Prezident İlham Əliyevin 2016-cı ildə Bakıda açılışını etdiyi Səyyar "ASAN qatar" 2019-cu ildən etibarən Referans Səyyar Tibbi xidməti olaraq fəaliyyətini davam etdirir. Dövlət siyasətinin əsas prioritetlərindən biri də vətəndaşların sağlamlığının maksimum təmin edilməsidir ki, bu yolda Referans Medical Group Səyyar Tibbi Xidmət qatarını gələcəkdə digər bölgələrdə də yaradılmasını planlaşdırır. Xidmətin yaradılması üçün Ölkəmizin geniş dəmir yolu şəbəkəsi, yenilənmiş infrastruktur, mühəndis-kommunikasiya xətləri və ən müasir texnologiyalarla zənginliyi Səyyar Tibbi Xidmətdən istifadəyə də imkan verir.

  • Ünvan: Xaçmaz rayonu, Dəmiryolu vağzalı daxilində.
  • Əlaqə: +994 51 366 00 33
  • Çağrı Mərkəzi: *0033
  • Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
  • Analiz qəbulu:
    Bazar ertəsi-Şənbə saat 09:00-dan 12:00-dək
  • Nəticələrin və arayışların verilməsi:
    Bazar ertəsi-Şənbə saat 09:00-dan 18:00-dək
  • COVID-19 testi: Aparılır

Qalereya