Maska taxmalıyıq

Əziz pasiyentlərimiz, klinikaya daxil olarkən maska taxdığınız üçün təşəkkür edirik!
Bildiyiniz kimi, karantin rejimi qaydalarına əsasən qoruyucu vasitələrdən istifadə zəruridir. Maska taxmadan ictimai iaşə obyektlərində gəzmək və tibbi mərkəzə daxil olmaq sağlamlığınız üçün təhlükə mənbəyinə çevrilə bilər.

Odur ki, klinikaya daxil olarkən tibbi maskalardan istifadə etməyiniz özünüzün və ümum ictimaiyyətin sağlamlığı üçün vacibdir.