REFERANS

Klinik Laboratoriya Mərkəzi

 

Cihazlarımız

   Nuklein turşularının bioloji nümunələrdən ayrılması və PZR-qarışığının hazırlanması üçün xüsusi avtomatlaşdırılmış sistemdir.
Əsas xüsusiyyətləri:

  • RNT/DNT-nin bioloji nümunələrdən ayrılması (qan, plazma, zərdab, sidik, yaxmalar və s.);
  • PZR-qarışığının hazırlanması;
  • PZR-analizi üçün optik planşetin doldurulması;
  • 96-ya qədər nümunənin eyni zamanda emalı.

Nuklein turşularının analizi üçün avtomatlaşdırılmış sistemdir.
Əsas xüsusiyyətləri:

  • PZR-amplifikasiyası (eyni anda 96-ya qədər nümunə);
  • Real vaxt ərzində nəticələrin fluoressensiya deteksiyası;
  • Məlumatların avtomatik işlənməsi;
  • Nəticələrin keyfiyyətinin çoxsəviyyəli yoxlanması;

Abbott m2000rt cihazında aşağıdakı müayinələr həyata keçirilir:

  • Hepatit B, Hepatit C virusları, QİÇS və Sitomeqalovirus üçün bioloji material nümunələrində virus RNT/DNT səviyyəsinin miqdarının təyini;
  • Hepatit C-nin genotipləşməsinin həyata keçirilməsi;
  • Bioloji material nümunələrində Chlamydia Trachomatis və Neisseria gonorrhoeae DNT-sinin aşkar edilməsi;
  • İlkin nümunənin arzu olunan həcminin və son məhsul həcminin seçim imkanı ilə müxtəlif bioloji materiallardan RNT/DNT-nin avtomatlaşdırılmış şəkildə ayrılması;
  • PZR-qarışığının və planşet yuvalarında RNT/DNT nümunələrinin arzu olunan həcmini seçmək imkanı ilə amplifikasiyası üçün hazır PZR-planşetlərinin alınması;
  • Şəxsi protokollar üzrə PZR analizinin həyata keçirilməsi.

Biokimyəvi analizator
Saatda 400-ə qədər fotometrik test məhsuldarlığı və əlavə olaraq ISE saatında
600 test aparmaq imkanı.

Hemifleks hemolüminessent texnologiyasının köməyi ilə minimal xərclər daxilində analizləri keyfiyyətli həyata keçirən immunokimyəvi analizator funksiyasını daşıyır.

Bactec cihazı qan nümunələrindən patogen agentləri identifikasiya etmək üçün istifadə edilir. Pasiyentdən götürülən qan nümunələri içində xüsusi mikrobioloji mühit olan şüşələrə yığıldıqdan sonra cihaza qoyulur.
Bactec cihazında aşağıdakı müayinələr həyata keçirilir:
Aerob bakteriyaların;
Anaerob bakteriyaların;
Göbələk/maya hüceyrələrinin;
Mikobakteriyaların təyini.

Unikal innovasiya texnologiyaları cihazın həssaslığının yüksək səviyyədə olmasını təmin edir. 100-dən az FITC ekvivalenti və 50-dən az RE ekvivalenti var. Optik sistemin dizaynı çoxparametrli analizləri təmin edir və fluoroxrom uyğunluğu seçmək üçün minimal məhdudiyyətlər daxilində 8 fluoressensiya nişanına qədər azad kombinasiya etməyə icazə verir.

Patentləşdirilmiş səpələmə metodu, analizlərin yüksək keyfiyyətli olmasını həyata keçirməklə yanaşı laxta deteksiyası metodunun (hətta mürəkkəb lipemik və ya ikretik plazma üçün də) spesifikliyini və həssaslığını təmin edir.

Koaqulometrdə aşağıdakı testlər həyata keçirilir:

  • Protrombin müddəti
  • APTT
  • Trombin zamanı
  • INR
  • Antitrombin III
  • Fibrinogen
  • Lupus antikoaqulyantı
  • C protein
  • S protein
  • II, V, VII, VIII, IX, X, XI, XII amilləri

23 parametrli avtomatlaşdırılmış hemotoloji analizator.
Əsas xüsusiyyətləri:

  • Trombositlərin hesablanması
  • Trombosit miqdarının dəqiq təyini əhəmiyyətli kliniki göstəricidir. CELL-DYN Ruby™ analizatoru trombositlərin hesablanması üçün ikiqat optik analizdən istifadə edir və bu da onu xırda fraqmentlərdən və ya mikrositlərdən fərqləndirməyə kömək edir.
  • Retikulositlər
  • CELL-DYN Ruby™ avtomatik sərbəst giriş rejimində yeni metod olan metilen göyü NCCLS-lə (sağ ikən sürətli rəngləmə texnologiyası) retikulositləri təyin edir.

Təyin olunan parametrlər:

  • leykositlər
  • eritrositlər
  • trombositlər
  • retikulositlər

EUROIMMUN Analyzer I- ELISA tədqiqatlarının tamamilə avtomatlaşdırılmış şəkildə həyata keçməsinə icazə verən cihaz-proqram kompleksini təşkil edir. Nümunələrin identifikasiyası, işlənməsi və nəticələrin əldə edilməsi tam avtomatlaşdırılmış şəkildə həyata keçirildiyi üçün alınan nəticələrin etibarlılığı yüksəlir və insan faktorunun kənar müdaxilələr etməsi tamamilə sıfıra endirilir.

Əsas xüsusiyyətləri:

  • Autoimmun, infeksion diaqnostika və allerqologiya üçün 800 parametrli tamamilə avtomatlaşdırılmış açıq sistemə malikdir.
  • Nümunələrin və reagentlərin ştrix-kodlara görə avtomatik identifikasiyası.

Cihazın üstünlükləri:

  • Tam avtomatlaşdırılmış sistem;
  • Düzgün barkodlaşdırma və düzgün pipetləmə;
  • Yüksək tutum, eyni zamanda 44 dən çox nümunə;
  • Tək inkubasiya ilə 36 fərqli parametr;
  • Geniş spektr;
  • Xüsusi olaraq, pediatrik test paneli üçün az miqdarda (sadəcə 100 µL) serum/plazma ilə işləməsi;
  • Sürətli testlə işləməsi- sadəcə 400 mkl qan ilə təqribən 2.5 saata analizlərin hazır olması.

   İşıq diodlu (LED- light-emitting diode) EUROSTAR III flüoressensiya mikroskopu qeyri-düz immunoflüoressensiyanın üstünlük tələblərinə uyğun hazırlanmışdır.
Rəqəmsal görüntülərin əldə olunması üçün kamera bilavasitə inteqrə olunmuş boruya əlavə olunur. EUROIMMUN, həmçinin rəqəmsal təsvirləri nümayiş və idarə etmək üçün EUROPicture-un çox funksional proqram təminatını təklif edir. EUROIMMUN mühəndisləri buraya flüoressensiya mikroskopiyasının göy işıq diodlarını daxil ediblər. EUROIMMUN LED-texnologiyası, eyni zamanda mikroskopun başqa tiplərini modernləşdirmək üçün komponent olaraq da, əlçatandır.
Təhlükəsiz və bərpa edilən nəticə: Requlə olan LED - EUROIMMUN-un unikal inkişafıdır və flüoressensiyanın ardıcıl oyanmasına zəmanət verir.
Sərfəli: LED 50,000 saatdan çox uzunmüddətli istifadə və aşağı cari istehlak gücünə malikdir.
Ekoloji təmiz: Heç bir civə və ultrabənövşəyi radiasiya olmur.
Əlverişli istifadə: İşıq diodu işığın tam intensivliyini təmin edir, ayırıcı 50/50 şüası kamera və göz arasında ehtiyac olmadan dəyişir.
Müasirləşmiş gələcək: EUROIMMUN - LED başqa mikroskopları təmin etmək üçün ayrıca modul olaraq da, əlverişlidir.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.