Referans Medical Group

REFERANS MEDİCAL GROUP daxilindəki klinikalar şəbəkəsi - Leyla Medical Center, REFERANS Klinik Laboratoriya Mərkəzi, Referans Poliklinikası və filialları, LOR Hospital, Xaçmazda Səyyar Qatar, Gəncədə 36.6 Med və Masallıda MasMed klinikası vasitəsilə tibbin bütün sahələrində ixtisaslaşmış uzman həkimləri və təcrübəli tibbi-texniki heyəti ilə regionda ən əhatəli xidmət göstərmək məqsədilə yaradılmışdır. Klinikalar şəbəkəsi ən müasir avadanlıqlarla təchiz edilərək pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən modern üslubda qurulmuşdur. Yerli və xarici səhiyyə bazarında pasiyentlərin istək və tələbləri daxilində istənilən ölkədən həkimlərin onlayn və birbaşa konsultasiyaları, evdə müayinə xidməti, 4000-dən çox laborator analizlərin xaricə göndərilmədən maksimum keyfiyyətdə təmini, səyyar tibbi xidmət və digər diaqnostik - funksional müayinələrin, poliklinik xidmətlərin keyfiyyətli və operativ həyata keçirilməsi  Referans Medical Groupun fəaliyyətinin əsas prioritetləridir.

RMG daxilindəki bütün klinika, laboratoriya və poliklinikalarda pasiyentlərin  inamını qorumaq və onların daimi məmnunluğunu təmin etmək məqsədilə Beynəlxalq  Keyfiyyətə Nəzarət proqramları tətbiq olunur.

Grup daxilindəki ən böyük klinika 1999-cu ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Leyla Şıxlinskaya Klinikasıdır ki, hazırda Leyla Medical  Center olaraq fəaliyyətini daha mütəşəkkil əsaslarla - yeni ad, daha geniş xidmət çeşidi, ən peşəkar həkimlərlə şəbəkə daxilində davam etdirir.  Leyla Medical Center fəaliyyətə başladığı ilk gündən təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda ilk Mamalıq və Ginekologiya üzrə ixtisaslaşdırılmış özəl tibb müəssisəsi kimi uğurla inkişaf etməkdədir. Ən müasir tibbi texnologiyalarla təchiz olunmuş  Leyla Medical Center  qabaqcıl dünya təcrübəsindən istifadə edərək, pasiyentlərinin məmnuniyyətini daha da artırmaq üçün dayanmadan, dinamik heyətlə 24 saat fasiləsiz peşəkar tibbi xidmət göstərməkdədir.

Referans Medical Groupun ən önəmli hissəsini dünya standartlarına uyğun ən müasir avadanlıqlarla təchiz olunmuş, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunmuş Referans Klinik Laboratoriya Mərkəzidir. Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir sıra alt bölmələr (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, axınlı sitometriya, yenidoğulmuşların metabolik skrininqi və s.) üzrə 4000-nə yaxın laborator müayinələr aparılır. "Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub. Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq aparılır və bütün nəticələrin dürüstlüyü kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

Referans Poliklinikası 2018-ci ildə Referans Laboratoriyasının maddi-texniki bazası əsasında daha geniş xidmət çeşidi sunmaq məqsədilə yaradıldı.

Laboratoriya Mərkəzi və Poliklinikasının Xaçmaz, Ağstafa, Mərdəkan filialları fəaliyyət göstərir.

Klinikalar şəbəkəsi daxilindəki LOR Hospital Azərbaycanın eləcə də Qafqazın ilk və yeganə ixtisaslaşmış Qulaq Burun Boğaz və Baş Boyun Mərkəzidir. LOR Hospital 2013-cü ildən fəaliyyət göstərir. 2017-cu ildən etibarən RMG-nin tərkibinə daxil olub.

LOR Hospital qüsursuz xidmət anlayışını əsas tutaraq Avropa standartlarına uyğun müasir müalicə və diaqnostika üsulları ilə xidmətin yüksək keyfiyyətini təmin edir. Azərbaycanda ilk Qulaq Burun Boğaz və Baş Boyun Mərkəzi olaraq  endoskopik, mikroskopik və lazer texnologiyalarının istifadəsi dəqiq diaqnostikaya, hətta ən çətin əməliyyatlar zamanı minimal travmaya, bərpa dövrünü qısaltmağa və qısa müddətdə normal gündəlik həyata qayıtmağa imkan yaradır.

Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, Səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq prinsipinə sadiq qalaraq klinik mərkəzlərimizdə davamlı yeni şöbələr yaradılır, daha da müasir avadanlıqların tətbiqinə başlanılır. Klinikanın vizyonu beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı tibb mərkəzlərindən birinə çevrilməkdir.

Gəncə sakinlərinin artıq Bakıya üz tutmadan faydalana biləcəyi və tam əminliklə sağlamlığını etibar edə biləcəyi bir mərkəz olaraq,36.6 Med Referans da laborator, poliklinik və diaqnostik müayinələr aparılmaqdadır.