REFERANS

Klinik Laboratoriya Mərkəzi və Poliklinik

 

Ailəvi Aralıq Dənizi Qızdırması (FMF)

72112556 2538034242899220 90341458795560960 nUzun zamandır davam edən yüksək hərarət, qarında və böyrəklərdə kəskin ağrılar, dəridə qızartılar kimi şikayətləriniz var?

Ailəvi Aralıq Dənizi qızdırması xəstəliyi kimi də tanınan FMF xəstəliyi genetik bir xəstəlikdir və bu xəstəliyə MEFV adlı genetik pozulma səbəb olur.
Rast gəlinmə sıxlığı əsasən Aralıq Dənizi (Qara dəniz bölgəsi daxil olmaqla) ətrafı məskunlaşan xalqlarda (daha çox türk, şimali Afrika xalqları, ərəb, israil və s. xalqlarında) görülməkdədir. Belə ki, hər 100 nəfərdən 16-da və ya 5 nəfərdən birində FMF xəstəliyi müşahidə olunmaqdadır. Türkiyədə bu xəstəliyin daşıyıcılıq nisbəti çox olmaqla təxminən 10-20 %-dir.

Əlamətləri:

  • Bu xəstəliklə bağlı şikayətlər adətən uşaqlıq dövründən rast gəlinir. Xəstəlik 1-3 gün davam edən tutmalar şəklində özünü göstərir. Oynaqlarda yaranan iltihab nəticəsində artrit tutmaları həftələrlə, bəzən isə aylarla davam edə bilər. FMF tutmaları təxminən 90% hallarda 20 yaşdan əvvəl başayır. Xəstələrin yarısında 10 yaşına qədər tutmalar müşahidə olunur. Məhz buna görə xəstəliyi ilk olaraq pediatrlar aşkar edir.
  • Tutmalar heç bir səbəb olmadan başlayır və 12-72 saat ərzində keçir. İlk əlamət yüksək hərarətdir. Bəzən bu tək əlamət də ola bilər.Tutmalar zamanı xəstədə peritonit, plevrit, nadir hallarda perikardit, sinovit, dəridə qırmızı səpgilər, mialgiyalar, ishal və başqa əlamətlərə də rast gəlinir.

Ən çox rast gəlinən əlamətlər:

  • Yüksək hərarət - tutmalar ilk başladığı zaman 12-24 saat ərzində 38.5-40 °c-yə qədər yüksəlir;
  • Qarın boşluğunda ağrısı (xəstələrin 90%-də rast gəlinir);
  • Döş qəfəsi nahiyyəsində ağrılar;
  • Oynaqlarda şiş və ağrı, əzələlərdə ağrılar (daha çox diz və ayaq biləyi ağrısı) FMF xəstələrinin 75%-də rast gəlinir;
  • Qəbizlik və daha sonra müşahidə olunan ishal və s.

FMF (MEFV geninin mutasiyası) testi Referans Klinik Laboratoriya Mərkəzimizin Genetika bölməsində aparılır.

Ətraflı məlumat : ☎️ *0033 və ya 012 310 00 22// 012 310 00 33

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.