BÖLMƏLƏR

Revmatologiya

Revmatologiya

Revmatoloji xəstəliklər oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu və deformasiylarla təzahür edən xəstəliklər qrupudur. Lakin revmatoloji xəstəliklər zamanı digər oynaqdankənar sahələrdə, məs., dəridə, ağciyərlərdə, qaraciyərdə və s. orqanlarda müxtəlif əlamətlər müşahidə edilə bilər.
Bəzi revmatoloji xəstəliklərdə isə (məs., vaskulitlər) ümumiyyətlə oynaqlarla bağlı heç bir əlamətlər və şikayətlər olmaya da bilər. Eyni zamanda hər oynaq ağrısının səbəbi revmatoloji xəstəlik olmaya bilər. Misal üçün, Hepatitler, bruselyoz, düyünlü və düyünsüz ur xəstəliyi, bir çox infeksiyalar, şəkərli diabet, hətta onkoloji xəstəliklər də bəzən özünü revmatik xəstəlik kimi göstərə bilər.

Hansı hallarda revmatoloqun müayinəsinə gəlmək tövsiyə olunur:

  • Hər hansı bir oynaqda ağrı, şişkinlik, hərəkət məhdudluğu, deformasiyalar
  • Səhər saatlarında oynaq tutqunluğu
  • Xüsusi ilə səhər saatlarında ortaya çıxan bel ağrısı və bel nahiyyəsində olan tutqunluq
  • Əl barmaqlarında soyuq havada ağarma, göyərmə
  • Palapasiya olunan dərialtı düyünlər
  • Dəridə günəşə qarşı aşırı həssalıq
  • Əllərdə vəya dərinin hər hansı bir hissəsində sərtlik, dartınma hissi
  • Əzələ güçsüzlüyü, pilləkanları qalxıb düşməkdə, oturub durmaqda çətinlik çəkmək
  • Əzələ ağrısı
  • Ağızda, cinsi orqanlarda yaralar
  • Göz iltihabı (uveit, sklerit və s.)
  • Burunda qabıqlanma, qanaxmalar
  • Təkrarlayan düşüklər (abortlar)
  • Təkrarlayan qarın vəya batıcı tərzdə döş qəfəsi ağrıları
  • Saçtökülmə
  • Süd vəzində kütlə, ağrı, axıntı
  • Ağız-göz quruluğu
  • Tüpürcək vəzlərinin böyüməsi
  • Səbəbi bilnməyən qızdırma
  • Səbəbi bilinməyən çəki itkisi
  • Səbəbi bilinməyən dəri səpkiləri
  • Səbəbi bilinməyən başağrıları
  • Səbəbi bilinməyən ağciyər patologiyaları və s.

Revmatoloji xəstəliklərin diaqnostikasında ümumi qan analizlərindən başqa düşünülən xəstəliyə spesifik markerlər (autoantikor) təyin edilir, genetik analizlər aparılır, USM və radioloji görüntüləmə (rentgenoqrafiya, KT, MRT, kapillaroskopiya) metodlarından geniş istifadə edilir.

Revmatoloji xəstəliklərə bütün növ iltihabi və degenerativ artritlər, onurğa sütünu xəstəlikləri, spondiloartritlər, kristal artritlər, bir sıra autoimmun xəstəlikər, birləşdirici toxuma xəstəlikləri, bir sıra əzələ xəstəlikləri, sistem vaskulitlər (Vegener vaskuliti, Churg-Strauss sindromu, MPA, PAN, Takayasu arteriti, Temporal arterit və s.), yumşaq toxuma xəstəliyi (fibromialgiya) və s. aiddir.

Klinikamızda həmçinin aşağıdakı revmatoloji xəstəliklərin müalicəsi aparılır:

  • Osteoartrit və səbəbi bilnməyən digər artritlər
  • Revmatoid artrit
  • Şeqren sindromu
  • Osteoporoz
  • Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi)
  • Podaqra
  • Psoriaz. Psoriatik artrit
  • İltihabi bağırsaq xəstəliyi ilə əlaqədar artropatiya (Kron xəstəliyi, xoralı kolit)
  • Revmatik polimialgiya
  • Sistem qırmızı qurdeşənəyi
  • Sklerodermiya
  • Polimiozit/dermatomiozit
  • Behçet xəstəliyi
  • FMF (Ailəvi Ağdəniz qızdırması)
  • Sistem vaskulitlər
  • Fibromialgiya və s.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.