Pediatrik qastroenterologiya

Qastroenterologiya bölməsində mədə-bağırsaq yollarının, qaraciyər xəstəliklərinin müayinə və müalicəsi aparılır. Peşəkar həkim-qastroenteroloqlarımız tərəfindən uşaqlarda səbəbi aşkarlanmayan və davamlı olan qarın ağrıları, qusmalar, ishallar və ya qəbzliklər, mədə-bağırsaq qanaxmaları, toksik maddələrin qəbulu, qastroezofaqal reflüks xəstəliyi, Kron xəstəliyi, kolitlər, Seliakiya və ya qlüten enteropatiyası xəstəliyi, nazik bağırsaq xəstəlikləri, qaraciyər və dalaq böyüməsi, səbəbi bəlli olmayan qidasızlıq, normal nida qəbuluna baxmayaraq çəki azlığı kimi xəstəliklərin ilkin diaqnostikası və müalicəsi aparılır.

Poliklinikamızda olan müasir tibbi diaqnostik cihazlar vasitəsi ilə uşaqlarda ezofaqoskopiya, qastroskopiya, rektoskopiya və kolonoskopiya kimi endoskopik müayinələrin aparılması üçün tam şərait yaradılmışdır.