Pediatrik nevrologiya

Pediatriya Nevrologiya bölməsi poliklinikamızın bir çox uğurlarına imza atıb. Burada yenidoğulmuşlar, uşaq və yeniyetmələrdə rast gəlinən nevroloji xəstəliklərin müalicəsi uğurla aparılır.

Həmçinin beyin-damar xəstəlikləri, epilepsiya, baş ağrısı, sinir sistemi infeksiyaları (meningit, ensefalit), sinir sisteminin degenerativ xəstəlikləri, hərəkət xəstəlikləri, əzələ və sinir-əzələ xəstəlikləri və s. xəstəliklərin erkən diaqnostika və effektiv müalicəsi uğurla həyata keçirilir.

Nevroloqlarımız ən müasir avadanlıqda elektroensefaloqrafiya, elektroneyromioqrafiya, beyinin ultrasəs müayinəsi və digər diaqnostik metodlardan istifadə olunmaqla düzgün diaqnozun qoyulmasına və effektiv müalicə taktikasının seçilməsini təmin edir.