Pediatrik endokrinologiya

Pediatriya Şöbəsinin Endokrinologiya bölməsində uşaq və yeniyetmələrdə tez-tez rast gəlinən və düzgün müalicə olunmadıqda ağır fəsadlara gətirib çıxara bilən müxtəlif endokrin xəstəliklərin diaqnostikası və müalicəsi aparılır. Endokrinoloqlarımız müvafiq endokrin laborator testləri əsasında təyin edilən ən son müalicə üsulları ilə xəstəliyin aradan qaldırılmasına nail olur.

Endokrinologiya bölmədə təcrübəli Uşaq Endokrinoloqu tərəfindən tip 1 və həmçinin uşaqlarda daha az rast gəlinən tip 2 şəkərli diabetin (o cümlədən, pəhriz, insulin terapiya, insulin pompasının qoyulması və s.), Hipofiz vəzisinin xəstəliklərinin, boy qısalığının (somatotrop hormonunun 2 mərhələli stimulyasiya testinin aparılması və boy artırma hormonu ilə müalicə və s.), qalxanvari vəzinin xəstəliklərinin (ultrasəs müayinəsi, hormonların laborator təyini və s.), böyrəküstü vəzinin xəstəliklərin (anadangəlmə böyrəküstü vəzinin xəstəlikləri, Addison xəstəliyi, Kuşinq sindromu və s.), cinsi yetişkənlik dövrünə xas xəstəliklərin (Puberta Tarda, Puberta Prekoks, Hipohonadizm, Mikropenis və s.) müayinə və uğurlu müalicəsi aparılır.