Pediatrik Allerqologiya

Pediatrik Allerqologiya bölməsmiz uğurla fəaliyyət göstərir və yüzlərlə pasiyentimizin və onların valideynlərinin rəğbətini qazanıb. Burada uşaqlıq dövrünə (0-17 yaş) xas olan allergik xəstəliklərinin, o cümlədən, bronxial astma, xronik bronxit, atopik dermatit, qida, dərman və digər allergiyaları, allergik rinit, allergik konyunktivit, kəskin və xroniki övrə, "xışıltı" sindromu və s. tez-tez rast gəlinən xəstəliklərin müayinə və uğurlu kompleksli müalicəsi aparılır.

Allerqologiya bölməsində bu xəstəliklərin diaqnostikası üçün laboratoriya testləri, epidermal və intradermal dəri testləri, hər növ tənəffüs funksiyası testləri də uğurla həyata keçirilir.

Kompleks müalicəyə həmçinin valideynlərin maarifləndirilməsi, allergiya hallarının qarşısının alınmasına dair ən yaxşı metodikaların onlara öyrədilməsi də daxildir.