Yenidoğulmuşlarda Neyrosonoqrafiyanın aparılmasın məqsədi

Neyrosonoqrafiya- yenidoğulmuş və 1 yaşa qədər uşaqlarda baş beyin haqqında məlumat əldə etmək üçün aparılan Ultrasıs Müayinə üsuludur. Bu müayinə nəticələri əsasında doğuz zamanı və doğuşdan sonra uşaqda baş verə biləcək travmalar və patologiyalar haqqında ilkin məlumat almaq mümkündür.

Müayinə vasitəsilə əsasən aşağıdakılar araşdırılır:

  • qansızmalar
  • inkişaf qüsurları
  • şişlər və kistalar
  • iltihablı proseslər
  • hidrosefaliya (mədəciklərdə mayenin miqdarı)
  • beyin damarlarının müayinəsi

Prosedur tam ağrısız və heç bir fəsadları olmadığı üçün ehtiyac olduqda təkrarən aparıla bilər.

Nəsimi filialı: Nəsimi rayonu, M.Mirqasımov 25 A, Nəsimi Bazarının yaxınlığında, Tibb Universitetinə çatmamış.
Mərdəkan filialı: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küç, Xarici Dİllər təmayüllü liseyin sol tərəfində.
Ətraflı məlumat : *0033 və ya 012 440 00 33/012 440 33 33 (Nəsimi filialı), 012 408 00 33 (Mərdəkan filialı)