BÖLÜMLƏR

NEVROLOGİYA

Nevrologiya şöbəsi

Epilepsiya, bayılma və özündən getmələr, baş gicəllənmələri, neyropatik ağrılar, törəmələr, sinir və əzələ xəstəlikləri, hərəkət pozuntuları ilə yanaşı nevrologiya şöbəsində müxtəlif növ baş ağrılarının, yuxunun pozulması, yaddaş pisləşməsi kimi halların müalicəsi aparılır.

Beyin qan dövranın pozulması, o cümlədən insultun profilaktikası və müalicəsi, insult keçirmiş pasiyentlərin bərpası və davamlı təqibi də Nevrologiya şöbəsinin peşəkar və təcrübəli həkim-nevroloqları tərəfindən həyata keçirilir. addaşın pisləşməsi, baş ağrıları, halsızlıq, əzələ ağrıları və digər bu kimi tez-tez rast gəlinən şikayətlər daha ciddi və ya xroniki xəstəliyin əlamətləri ola bilər.

Nevrologiya şöbəsində həm böyüklərdə, həm də uşaqlarda bütün növ nevroloji xəstəliklərin və pozuntuların diaqnostikası və müalicəsi ən müasir metodikalar və beynəlxalq protokollara əsasən aparılır.

Hər il keçirilən beynəlxalq konfrans və kurslarda uğurla iştirak edən həkimlərimiz, nevroloji xəstəliklərin müalicəsində ən qabaqcıl Amerika Nevrologiya Akademiyasının və Avropa Nevrologiya Cəmiyyətlərinin tövsiyələrindən istifadə edir.

Nevrologiya şöbəsinin həkimləri pasiyentin şikayətlərindən asılı olaraq, həmçinin multidissiplinar komanda tərkibində endokrinoloq, revmatoloq, kardioloq, nefroloq və digər mütəxəssislərlə sıx əməkdaşlıqda çalışır.

Nevrologiya şöbəsinə aşağıdakı şikayətlərlə müraciət edə bilərsiniz:

  • xronik və ya kəskin baş ağrıları
  • baş gicəllənməsi
  • əzələ zəifliyi və əzələ ağrıları
  • yuxarı və ya aşağı ətraflarda spazmalar və ya titrəmələr
  • bel və boyun ağrıları
  • qıcolmalar və epileptik tutmalar
  • yaddaş zəifləməsi
  • yuxu pozulması
  • əsəbilik (nevroz)
  • eşitmə pozuntuları, o cümlədən, qulaqda küy
  • depressiya və ya həyacan, “panika” halları
  • aşağı və yuxarı ətraflarda keyləşmələr, uyuşmalar və ya ağrıya həssaslığın artması / azalması
  • üzdə keyləşmə
  • uşaqlarda diqqət əksikliyi və hiperaktivlik
  • uşaq serebral iflici
  • uşaqlarda sidik qaçırılması (enurez)
  • ahıl yaşlı şəxslərdə sidik və nəcis qaçırılması

Nevrologiya şöbəsində müalicə olunan xəstəliklər
* Serebrovaskulyar xəstəliklər (kəskin işemik insult, beyin qanamaları, vertebrobazilyar çatışmazlıq, beyin qan dövranının işemik tip pozğunluqları)
* Epilepsiya generalizə olunmuş və fokal tutmalar, epileptik status (uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptik paroksizmlər)
* Degenerativ xəstəliklər (Alzheimer, Pik, Vilson, vaskulyar mənşəli demensiyalar)
* Yan amiotrofik skleroz (ALS) və hərəkət pozğunluqları (Parkinson, distoniya, tik, essensial tremor, narahat ayaq sindromu, diskinezlər və s.)
* Baş ağrıları (Gərginlik, klaster, baş və ya boyun travması, qeyri-damar mənşəli patologiya, müxtəlif maddələrin istifadəsi və ya onların kəsilməsi, infeksiyalar, homeostaz pozulmaları, kəllə qapağı, boyun, gözlər, burun, sinuslar, dişlər, ağız və ya digər üz və kəllə hissələrinin patologiyası, psixi pozulmalar, temporal arterit nevrologiyalar ilə əlaqədar olan baş ağrıları).
* Neyropatiyalar (toksik, metabolik, Giyen-Barre sindromu, immun neyropatiyalar)
* Sinir-əzələ keçiriciliyi pozğunluqları (Miasteniya ,gravius)
* Başgicəllənmə (mərkəzi və periferik başgicəllənmə, pozisional, paroksizmal başgicəllənmə)
* Boyun və bel ağrılarının dəqiq diaqnozu və müasir müalicəsi
* Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası
* Yuxu pozğunluqları (insomniya, parasomniya, hipersomniya, yuxuda apnoe, narkolepsiya, katapleksiya)
* Tiklər, Enurez
* Hiperaktivlik, Diqqət zəifliyi sindromu
* Fərdi xidmət (Psixo analiz, Psixo terapiya)
* Xroniki yorğunluq sindromu
* Bütün növ nevrozlar
* Reyno sindromu

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikin
Online Məsləhətçi xidmətinə xoş gəlmisiniz! Suallarınızı əməkdaşlarımıza ünvanlaya bilərsiniz.