Perinatologiya

Poliklikamızım Perinatologiya bölməsi hamiləliyin planlaşdırılması dövründə, hamiləlik və doğuşdan sonrakı dövrlərdə ananın və onun körpəsinin sağlamlığının mühafizəsi məsələləri ilə məşğuldur.

Qadın orqanizmini sağlam hamiləlik üçün düzgün hazırlanması, hamiləliyi ağırlaşdıra biləcək halların və ya xəstəliklərin erkən aşkarlanması və onların müalicəsi, habelə hamiləlik dövründə müşahidənin aparılması şöbənin təcrübəli mütəxəssisləri tərəfindən aparılır.

Hamiləliyin qadının həyatında çox həssas bir dövr olduğunu nəzərə alaraq, Perinatologiya bölməsinin həkimlərinin əsas məqsədi sağlam hamiləlik və doğuşu və dünyaya sağlam uşağın gəlişini təmin etməkdir.

Perinatologiya bölməsində aşağıdakı prosedurlar aparılır:

  • Hərtərəfli ultrasəs müayinəsi (hamiləliyin 20-22-ci həftəsi ərzində aparılır və dölün hər hansı anomaliyalar və ya qüsurlara skrininqini nəzərdə tutur),
  • Hamiləliyin 11-12-ci həftəsi ərzində aparılan ultrasəs müayinəsi (preeklampsiyanın inkişafı riski, dölün bətndaxili inkişafdan qalması hallarının və hamiləlikla bağlı digər mümkün risklərin müəyyən edilməsindən ibarətdir),
  • Hamiləlikdən əvvəl və hamiləlik dövründə həm ananın, həm də onun gələcək körpəsinin damarlarında qan axının müayinəsi (Doppler müayinə),
  • Amniosentez (dölətrafı mayenin punksiyası), xorionbiopsiya (dölətrafı toxumadan nümunələrin götürülməsi, kordosentez (uşaqlığın və göbək ciyəsinin punksiyası ilə laborator analizlər üçün dölün qan nümunəsinin əldə edilməsi),
  • təkyumurtalı əkizlərdə yaranan müxtəlif problemlərin müayinə və müalicəsi