Yeniyetmə ginekologiyası və yeniyetməlik dövrünün ginekoloji xəstəlikləri

Cinsi yetkinlik uşağın yeniyetmə yaşına,keçid dövrünə(подростковый период, Переходный возраст) deyilir. Bu proses bir neçə il davam edir, əsasən 9-12 yaşlar arasında başlayır. Qızlarda adətən cinsi yetkinlik oğlanlara nisbətən tez başlayır. Hormonların təsiri nəticəsində ikincili cinsi əlamətlər əmələ gəlir ki, onlar da birincili cinsi əlamətlərlə birlikdə kişini qadından fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərin müalicəsi, o cümlədən bu xəstəliklərin qarşısının alınması ilə məşğul olur. Nəsilartırma funksiyasının saxlanılmasına vaxtında yönəldilmiş hər bir tədbir sonradan sağlam hamiləlik, normal cinsi funksiya və sağlam doğuş deməkdir.

Qızlarda cinsi yetkinlik orta hesabla 10 yaşında başlayır, lakin onun əlamətləri 8-13 yaşlar arasında da meydana çıxa bilər. Adətən qızlarda cinsi yetkinlik prosesi oğlanlara nisbətən tez başlayır. Bu dövrdə qızlar həm psixoloji və sosial, həm də fiziki dəyişikliklərlə üzləşir. Əgər qızlarda cinsi yetkinlik əlamətləri 8 yaşından tez başlayıbsa, bu erkən cinsi yetkinlik problemindən xəbər verə bilər. Erkən cinsi yetkinliyin səbəbləri sırasında gizli qalan ciddi ginekoloji xəstəliklər, yumurtalıqların, baş beyinin və böyrəküstü vəzinin törəmələri, və ya baş beyinin infeksiyaları ola bilər.

Klinikamızın yeniyetmə ginekologiyası bölümündə yetkinlik dövrünü keçən qızların sağlamlığının mühafizəsi təmin olunur, aybaşılar və ya menstruasiya ilə bağlı hər hansı pozuntuların aradan qaldırılmasına yönələn müalicə tədbirləri aparılır.

Klinikamızda cinsi yetkinlik dövründə inkişaf edən pozuntuların aradan qaldırılmasına multidissiplinar yanaşma tətbiq edilir. Müvafiq hərtərəfli müayinə və qiymətləndirmə nəticəsində diaqnozun dəqiqləşdirilməsi aparılır və fərdi müalicə planı tərtib edilir. Müayinə və müalicə planının hazırlanmasına, lazım olduqda, endokrinoloq, ginekoloq, psixoloq və psixiatr da cəlb edilir.

Cinsi yetkinlik dövrü ilə əlaqədar inkişaf edən psixoloji problemlərin qarşılanması ciddi əhəmiyyət kəsb edir.