Qadın xəstəlikləri və doğuş

Yüksək riskli hamiləliyi olan pasiyentlərə, habelə süni mayalanma nəticəsində doğulan körpələrə qayğı da daxil olmaqla, klinikamızın Mamalıq və Ginekologiya şöbəsində ən mürəkkəb hamiləlikləri aparılır və müxtəlif ginekoloji xəstəliklərin müalicəsi həyata keçirilir.

Tibbin bir çox sahələri üzrə ixtisaslaşmış təcrübəli həkim-ginekoloqlarımız hər bir pasiyentə fərdi yanaşma tətbiq edir və məxsusi müayinə və müalicə planı təklif edir. Cinsi yetişkənlik dövründə yeniyetmələrin sağlamlığı, klimaks, onkoloji ginekologiya, riskli hamiləlik, o cümlədən, yanaşı ürək-damar, böyrək, qaraciyər və s. xəstəlikləri olan qadınlarda hamiləliyin aparılması məsələlərində həkimlərimiz Sizi yüksək keyfiyyətli tibbi yardımla təmin edəcəkdir.

Uşaqlıq boynu və yumurtalığın xərçəng xəstəlikləri hər bir qadını ciddi narahat etdiyini nəzərə alaraq, şöbəmizdə kompleks şəkildə bu xəstəliklərin profilaktikası və erkən diaqnostikası həyata keçirilir.

Aşağıdakı hallarda poliklinikamızın həkimlərinə müraciət etməyiniz məsləhətdir. Yadda saxlanmalıdır ki, vaxtında edilən müraciət sağalmanı təmin edən əsas amillərdəndir.

  • aybaşıların pozulması
  • uşaqlıq yolundan qanaxma
  • aybaşılar arası qanaxma
  • uşaqlıq yolunda ağrı, şişkinlik, qızartı və ya qaşınma
  • uşaqlıq yolundan ifrazat
  • cinsi əlaqə zamanı ağrı və ya diskomfort
  • artıq tüklənmə
  • artıq tərləmə və “istilik gəlməsi” halları
  • hamiləlik barəsində ciddi düşünmə və hamiləliyin planlaşdırılması
  • hamiləlik

Klinikamızda ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur. Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.

Referans Poliklinikasının həkim-ginekoloqları tərəfindən bütün növ ginekoloji xəstəliklərin müayinə və müalicəsi aparılır:

  • Cinsi yolla yoluxan infeksiyalar
  • Iltihabi xəstəliklər (Endometrit, Salpingit, Ooforit, Kolpit ( vaginit), Servisit, Bartolinit, Vulvit)
  • Uşaqlıq boynunun patologiyaları (eroziya, polip, endometrioz)
  • Neyroendokrin ginekoloji xəstəliklər
  • Menstrual tsikl pozulması (o cümlədən, ağrılı aybaşı)
  • Endometrioz
  • Yumurtalıqların polikistozu
  • Sonsuzluq
  • Klimakterik sindrom (menopauza)
  • Osteoparoz
  • Kontrasepsiya və ailə planlaması və s.