REFERANS

Klinik Laboratoriya Mərkəzi

 

Vitamin B12-in faydaları

50936732 2124880827547899 767322025126526976 nBalanslı qidalanmadıqda, həzm sisteminə bağlı yaşanan problemlərdən dolayı sorulmada hər-hansısa bir pozğunluqlar olduqda, pəhriz və vejetaryan qidalanma zamanı, mədəaltı vəzi çatışmazlığı, qaraciyər və böyrək xəstəliklərində, mədə sekresiyasının azalması zamanı B12 vitamini çatışmazlığı ilə bağlı şikayətlər yarana bilər.

Bəs, biz ehtiyac duyduğumuz bu vitamini nədən ala bilərik?

B 12 vitamini qırmızı ət, hinduşka əti, dovşan əti, toyuq əti, böyrək, pendir, yağlı balıq, dəniz canlıları, ciyər, yumurtanın ağı, süd və paxla kimi qidaların tərkibində olur. Göründüyü kimi B 12 tamamilə heyvanlardan əldə etdiyimiz qidalarda olur.

B12 vitamini defisitində meqaloblastik anemiya, qlossit, periferik neyropatiya, halsızlıq, hiperrefleksiya, ataksiya, koordinasiya pozğunluğu, qəbul və davranış dəyişiklikləri meydana gələ bilər. Çox zaman bütün əlamətlər bir yerdə rastlanmır. Bəzi xəstələrdə makrositar anemiya əlamətləri ön planda olduğu halda, bəzi xəstələrdə nevroloji pozğunluqlar diqqəti cəlb edə bilər. B12 vitamini defisitinin eyni zamanda yaşlılarda osteopeniya inkişafında iştirak etdiyi bildirilir.

Xroniki böyrək çatışmazlığı, anadangəlmə ürək çatışmazlığı, şəkərli diabet, kəskin və xroniki mieloid leykemiyalar, xroniki limfositar leykemiya, bəzi növ monositar leykemiyalar, leykositoz, həqiqi polisitemiya, xüsusilə qaraciyər metastazı verən bəzi maliqnizasiyalar, qaraciyər xəstəlikləri, dərmanlarla əlaqəli xolestaz və protein az qəbul olunması kimi hallarda serumda Vit B12 səviyyəsi yüksək ola bilər.

Referans CLC Məsləhətçi
 

Online Məsləhətçi

Referans Klinik Laboratoriya Mərkəzinin
Online məsləhətçi xidmətinə xoş gəlmisiniz.