Kolposkopiya

Uşaqlıq boynu xərcəngi qadınlarda süd vəzi xərcəngindən sonra rast gəlmə tezliyinə görə ikinci, qadın ölümünə səbəb olaraq isə dünyada birinci yerdə durur. Beləliklə, uşaqlıq boynu xəstəlikləri, o cümlədən uşaqlıq boynu xərçəngi və xərçəng önü xəstəliklər həm Azərbaycanda, həm də dünyanın digər inkişafda olan və inkişaf etmiş ölkələrində ciddi ictimai səhiyyə problemidir.

Kolposkopiya uşaqlıq boynundan yaxma və/və ya HPV-yə skrininq ilə yanaşı tətbiq olunduqda, uşaqlıq boynu xərçənginin erkən diaqnostikasına və müalicəsinə imkan verir. Belə ki, uşaqlıq boynu xərçəngi bir neçə mərhələdən keçərək tədricən inkişaf edir. Bu mərhələlər xərçəng-önü (şiş önü) vəziyyətlərdir və onların vaxtında müalicə edilməməsi 5-15 il ərzində xərçəng xəstəliyinin inkişafına gətirib çıxarır.

Qadınların ildə bir dəfə kolposkopik müayinədən keçmələri ciddi tövsiyə olunur. Bu müayünə bizə həm uşaqlıq boynunun xəstəliklərinin diaqnostikasında və müalicə üsulunun secilməsində kömək edir.

Kolposkopiya zamanı uşaqlıq boynuna kolposkop deyilən xüsusi mikroskopla baxılır. Kolposkop işıqlandırılan binokulyar mikroskopdur. Onun vasitəsilə həkim uşaqlıq yolunu və uşaqlıq boynunu hər tərəfli müayinə edir, lazım gəldikdə biopsiya yəni patohistoloji müayinə üçün kiçik toxuma nümunələri də götürə bilir. Kolposkopiya zamanı hətta problemli olan sahələrin şəkillərini də çəkmək və kompüterin yaddaşında saxlamaq mümkündür.

Hansı hallarda kolposkopiyanın aparılması tövsiyə olunur:

  • uşaqlıq boynu yaxmasında (pap yazma, HPV müsbət olduqda) dəyişilmiş hüceyrələr və ya şiş önü hüceyrələr olduqda,
  • uşaqlıq boynu və ya uşaqlıq yolunun xərçənginə şübhə oldquda,
  • uşaqlıq boynunun şiş önü xəstəliklərinin müalicəsindən sonra həkiminizin təyinatı əsasında təkrar baxış,
  • naməlum səbəbli tez-tez rast gəlinən vaginal və ya cinsi əlaqədən sonrakı qanaxmalar,
  • uşaqlıq boynunun xronik iltihab xəstəlikləri,
  • HPV və ya insanın papilloma virusuna skrininq müsbət çıxdıqda,
  • itiuclu kondilomalar.

Kolposkopiyaya xüsusi hazırlıq tələb olunmur. Lakin, müayinədən əvvəl ən azı 24-48 saat cinsi əlaqədən çəkinmək, uşaqlıq yoluna goyulan (intravginal) şamlar və ya həblərdən istifadə etməmək, intim gigiyena vasitələrindən istifadə etməmək tövsiyə olunur. Belə ki, bunlar müayinənin nəticələrinə təsir göstərə bilər.

Kolposkopiya, ümumiyyətlə, invaziv prosedur olsa da, çox az risklidir. Lakin, müayinə zamanı patoloji və ya dəyişilmiş sahələrdən biopsiyanın götürülməsi bəzi fəsadlarla müşayiət oluna bilər. Fəsadlar əsasən biopsies yerinin qanaması, müayinə zamanı istifadə olunan tibbi məhlullara yerli allergik reaksiya və ya infeksiya ilə əlaqəli olur. Həmin hallarda, o cümlədən, müayinədən sonra inkişaf edən yüksək hərarət, qanlı və ya irinli ifrazat, qarının aşağı hissəsində ağrılar olduqda, təcili həkimə müraciət etmək lazımdır.