EXO-KQ və EKQ

  • EXO-KQ
    • Transtorakal EXO-KQ
    • Fetal EXO-KQ
    • Pediatrik EXO-KQ
    • Stress EXO-KQ
  • Holter monitorinq
  • Tredmil (stress) test

EKQ

Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.

Treadmill və ya Stress Test

Stress testi ürək damar sistemi xəstəliklərinin müayinəsi, aparılan müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyinin isbat edilməsinə imkan verən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də görünməyən, lakin fiziki gərginlik zamanı meydana çıxan işemiya və ürək ritminin pozulması hallarını təyin etmək üçün önəmli bir müayinə metoduru.

Pasiyent treadmill üzərində müəyyən edilmiş sürətlə yeriyərkən, fasiləsiz çəkilən EKQ ilə yanaşı, qan təzyiqi və ürək vurğularının sayı da qeydə alınır. Bunun sayəsində EKQ zamanı xəstədə təyin edilməyən qeyri-normal dəyişikliklər müəyyən edilir. Stress test zamanı həkim və tibb bacısı müayinənin sonunadək pasiyent ilə yaxın təmasda olur və onun vəziyyətini monijorinq edir. Stress test həkimin qərarı ilə müxtəlif səbəblərə görə (o cümlədən, pasiyentdə ürək ağrıları, qan təzyiqinin çox yüksək həddə qalxması, oynaq ağrıları, baş gicəllənməsi və s.) vaxtından əvvəl dayandırıla bilər. Müayinənin nəticəsi əsasında tərtib edilmiş ətraflı məlumat test bitdikdən sonra pasiyentə təqdim edilir. 

Stress testi müayinəsi üçün gələrkən:

  • Əgər ehtiyac olarsa müayinədən 3 saat öncə yüngül qida qəbul edə, daha sonra az miqdarda maye qəbul edə bilərsiniz
  • Daha öncə çəkilən EKQ-nin nəticələrini özünüzlə gətirməyiniz xahiş olur
  • Kişi pasiyentlərindən sinə nahiyələrini təraş etmələri məsləhət görülür. Tələb olunduqda, testdən əvvəl bu poliklinikamızda da edilə bilər.
  • Qadın xəstələrin alt geyim olaraq iki hissəli geyimlərdən istifadə etmələri məsləhət görülür
  • Sizin müayinə həkiminiz stress test müayinəsindən öncə davamlı qəbul etdiyiniz dərmanların qəbulunu dayandırmağı məsləhət görə bilər.
  • Qəbul etdiyiniz dərmanlar barədə mütləq həkiminizə məlumat verin.

Transtorakal Ekokardiyografiya, Fetal-Pediatrik Ekokardiyografiya.

Exokardioqrafiya (EXOKQ) ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Exokardioqrafiyada səs dalğaları istifadə edildiyindən, pasiyentlər radioaktiv şüalanmaya məruz qalmır. Bu səbəbdən də, EXOKQ həm hamilə qadınlarda, həm də yenidoğulanlarda və uşaqlarda istifadə edilir.

EXOKQ vasitəsilə ürəyin müxtəlif xəstəliklərinin diaqnostikası, pasiyentlərdə, praktik sağlam şəxslərdə və idmançılarda ürək fəaliyyətinin dəyərləndirilməsi, infarkt və ya ürəkdə müxtəlif əməliyyat keçirmiş pasiyentlərdə ürəyin funksiyasının qiymətləndirilməsi aparılır. Exokardioqrafiya ürəyin qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili törəmələr, tromblar, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarı olan aortanın xəstəliklərinin diaqnostikası üçün mühüm müayinə metodudur.

Stress Exokardioqrafiya

Stress Exokardioqrafiya ürəyin tac daralmalarının tıxanması və ürəyin işemik xəstəliyinin ağırlıq dərəcəsini və ürək infarktının (miokardial infarkt) başvermə riskini qiymətləndirilməyə, angioqrafiyanın tələb olunub olunmadığını müəyyən etməyə imkan verir.

Stress exokardioqrafiya sadəcə səs dalğları ilə öncə və sonrakı "streslər" yaradır. Stress exokardioqrafiya venaya xüsusi dərmanın yeridilməsi ilə də həyata keçirilə bilir. Müayinə bitdikdən sonra izahı nəticə pasiyentə təqdim olunur. 

Stress Exokardioqrafiya prosedurundan öncə, zəhmət olmasa,

  • müayinəyə gəlməzdən 4 saat öncə qida və maye qəbulunu dayandırın.
  • davamlı istifadə etdiyiniz dərmanların qəbulu ilə bağlı müalicə-həkiminizlə öncədən məsləhətləşin.
  • özünüzlə rahat ayaqqabı və geyim gətirin.
  • daha öncə ürəklə bağlı daha əvvəl keçirilmiş müayinələrin nəticələrini özünüzlə gətirin.

Holter

EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır. 3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4 sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və cihaz planlanan zaman müddətində ürəyin elektrik impulslarını qeydə alır. Zaman sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompüterdə analiz edilir. Bu alət sayəsində müayinə zamanı görülməyən amma gün ərzində qısa zamanda olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb bütün ritm pozulmalar aşkar edilə bilir. Holter cihazı taxıldıqdan sonra xüsusi ilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır (Kofe içmə, nərdivan çıxma v.s). 

Təzyiq Holter

Xəstələrin gün boyu təzyiqinin sıx aralıqlarla ölçülərək, təzyiqin və nəbzin qeydə alınmasıdır. 24-72 saat arasında aparılan ölçülmələrdə əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən aşkarlama ola bilər. Təzyiq holter ilə xəstələrin gün ərzində təzyiqlərinin sıx aralıqlarla ölçülərək, gün içindəki aktivlikləri sırasında, yuxuda, istirahət zamanı, təzyiqi və nəbz sayı qeydə alınmadadır. Beləliklə uzun zaman təzyiqi olan xəstələrin, günün hansı saatlarında təzyiq göstəricilərinin yüksəldiyi qeydə alınaraq, müalicə seçilir. Daha əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən diaqnoz qoyularaq, düzgün müalicə metodu seçilir.