Ultrasonoqrafiya (USM).

USM təhlükəsiz müayinə metodudur və çoxsaylı xəstəliklərin müayinəsində, habelə müalicənin effektivliyinin monitorinqində geniş istifadə olunur.
USM-də ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür. Rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasientin orqanlarının və toxumalarının vəziyyətini qiymətləndirir.

Klinikamızda aşağıdakı müayinələr aparılır:

  • Abdominal ultrasəs müayinəsi (qaraciyər, öd kisəsi, dalaq, mədəaltı vəzi, böyrəklər)
  • Neyrosonoqrafiya (bir yaşa qədər uşaqlarda beynin ultrasəs müayinəsi)
  • Bud-çanaq oynağının müayinəsi
  • Hamiləliyin geniş ultrasəs müayinəsi
  • Süd vəzilərinin müayinəsi (adətən yaşı 35-dən aşağı olan qadınlarda)
  • Fetal ultrasonoqrafiya (dölün 3D, 4D texnologiyası ilə müayinəsi)
  • Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi (uşaqlıq, yumurtalıqlar, prostat vəzi, toxum kisəcikləri, sidik kisəsi)
  • Doppleroqrafiya (aşağı və yuxarı ətraflar venalar və arteriyalar, ekstrakranial damarlar, qarın aortası, böyrək arteriyaları, portal sistemin doppleroqrafiyası)
  • Prostat vəzinin rektal USM
  • Qalxanabənzər vəzin müayinəsi
  • Timus vəzinin müayinəsi
  • Səthi toxumaların müayinəsi
  • Süd vəzilərinin müayinəsi (adətən yaşı 35-dən aşağı olan qadınlarda)
  • Göz dibinin ultrasə müayinəsi və s.

USM-dən asılı olaraq pasiyentlərin müayinəyə hazırlanması tələb olunur:

  • Öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasiyent müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.
  • Kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasient müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və sidik kisəsini boşaltmamalıdır. Qadınlarda uşaqlıq və yumurtalıqların vəziyyəti transvaginal üsul ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.
  • Süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-10 -cu günləri gəlməlidir (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).
  • Prostat vəzinin müayinəsindən əvvəl pasiyent tərəfindən bağırsaqların boşaldılması vacibdir.
  • Hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində həkimin məsləhəti əsasında ultrasəs müayinəsi transvaginal (uşaqlıq yolundan) üsul ilə, daha sonrakı dövrlərdə isə abdominal (qarın boşluğu divarından) üsul ilə aparılır.
  • Fetal neyrosonoqrafiya. Körpələrdə USM vasitəsilə açıq əmgəkdən beyini müayinə etmək mümkündür.

Müayinədən əvvəl həkim pasientin dərisinə xüsusi gel çəkir. Bu gel şüaların daha yaxşı keçməsinə və ultrasəs probunun daha yaxşı hərəkət etməsinə (sürüşməsinə) kömək edir. Gel hipoallergendir və çox nadir hallarda səpgi və digər xoşagəlməz keçici təsirlər yarada bilər.

USM adətən 5-30 dəqiqə davam edə bilər. Tələb olunduqda, həkim müayinənin təkrar aparılmasını (məs., sidik kisəsinin tam dolması, yemək qəbulundan dərhal sonra və s.) istəyə bilər.